Bu termin cansız əşyalar və bə᾽zən də canlılar barəsində işlədilir. Əşyaların özünəməxsus xassələrinə xilqət deyilir. Bu da öz növbəsində təbiət adlanır. Su, torpaq və digər şeylərin təbiət və xassələri kimi. Varlıqların ətraf mühitə göstərdiyi xüsusi tə᾽sir mənşəyinə təbiət deyilir.
2. İNSTİNKT
İnstinkt, heyvanların yaşayış tərzində yol göstərici rolunu oynayan daxili bir qüvvədir, yə᾽ni bu xüsusiyyət yarımagah bir halət hesab olunur. Heyvanlarda olan bu xüsusiyyət özləri tərəfindən qazanılmayıb; bu xislət onların yaranışında qabaqcadan qoyulmuş təbii bir qüvvədir.