Günah lüğət elmində


Qur`anin Peyğəmbəri-əkrəm (s)-in şərh və təfsirindən ayrilmasi



Yüklə 2,71 Mb.
səhifə44/66
tarix21.10.2017
ölçüsü2,71 Mb.
#8153
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

Qur`anin Peyğəmbəri-əkrəm (s)-in şərh və təfsirindən ayrilmasi


Peyğəmbəri-Əkrəm (s)-in dövründə o həzrət nazil olan hər bir ayənin təfsir və şərhini bəyan edir və bə`ziləri də onu yazmaqla məşğul olurdu. O həzrətin şəhr və bəyanatını yazmaq ayənin haşiyəsi, yaxud davamında qeyd edilirdi. Müsəlmanlar məscidə toplaşıb, hər on ayənin şərhini öyrəndikdən sonra Peyğəmbəri-Əkrəm (s) digər on ayənin şərhini bəyan edirdi.2 Bu izah və şərhlər ayənin lüğətlərinin mə`nası, nazil olma səbəbi, hökm və təfsirlərə şamil olurdu. Bütün bunlar da Allah tərəfindən və Peyğəmbəri-Əkrəm (s)-in vasitəsilə bəyan olunur, dəri, taxta, qoyunun bel sümüyü və digər alətlərə yazılıb, “müshəf” adlanırdı.

O dövrdə ayələrin şərhsiz yazılması adət deyildi. Hamı da bilirdi ki, yazdıqlarının hansı hissəsi Qur`an və hansı hissəsi isə təfsir və şərhdən ibarətdir. Peyğəmbəri-Əkrəm (s)-dən sonra ayələrin bu şəkildə yazılışı qadağan edildi və Ömər ibn Xəttabın hökmranlığı dövründə bu qadağa şiddətləndi. Xəlifənin dəlili isə, Qur`ani-Kərimin şərh və təfsirlə qarışması və gələcəkdə onların bir-birindən ayırd edilməsinin çətinləşməsi idi.

Bu gün minlərlə lüğət və təfsir kitablarında – həm çap olunmuş, həm də dəstixətt nüsxələrdə Qur`an ayələri tərcümə, təfsir və şərh ilə birgə yazılmış və onun hətta bir hərfini belə tanımaq ayə ilə qeyri-ayə arasında səhv icad etmir. O dövrlərdə isə bu tanışlıq asanlıqla əldə edilmirdi. Amma e`tiraf etmək olar ki, onu əldə etmək də qeyri-mümkün olmamışdır.

Ümumiyyətlə, həmin izah və təfsirlər Peyğəmbəri-Əkrəm (s)-in buyuruqlarından ibarət idi ki, vəhy vasitəsilə onlara çatmışdı. Beləliklə, Qur`ani-Kərimin əslinin qorunub-saxlanılmasının vacibliyinin dəlili onun şərh və təfsirlərinin qorunub-saxlanılması da müsəlmanlara və onların rəhbərlərinə vacib idi. Bəlkə də bir baxışdan həmin şərh və təfsirlərin qorunub-saxlanılması yüksək əhəmiyyət daşıyırdı. Çünki düşmənlər təfsir və şərhsiz ayələri asanlıqla yanlış tə`vil və yozumlarla qarışdırıb, müsəlmanları özlərinə tabe edə bilərdilər. Bundan əlavə, Allah-taalanı Özü Qur`an ayələrinin qorunub-saxlanılmasını təzmin etmişdir. Lakin Peyğəmbəri-Əkrəm (s) tərəfindən bəyan olunan şərh və təfsirlərə qarşı bu təzmin yoxdur. Bu isə müsəlmanları vəzifəsidir ki, özlərinin Qur`an ayələrindən yaxşı istifadə edib bəhrələnməsi, eləcə də mə`nəvi təhriflərdən amanda qalması üçün Peyğəmbəri-Əkrəm (s)-in şərh və təfsirlərini qourub-saxlasınlar. Bu da yalnız onların yazılması və bəyan edilməsi ilə mümkün idi. Beləliklə, xəlifənin ayələrin şərh və təfsirlərlə qarışması ilə bağlı bəhanəsi qəbul deyil və o qadağanın səbəbini başqa bir şeydə axtarmaq lazımdır.

“Qur`an ümmətin hidayəti üçün kifayətdir!” (Həsbuna kitabəllah) – qəziyyəsi irəli sürüldüyü zaman Qur`ani-Kərimdən məqsəd Cəbrailin təfsir və şərhsiz xəbərlərindən ibarət idi. Kaş, Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beytinin müsəlmanların rəhbərliyindən kənar edilməsindən sonra heç olmazsa, təfsir və şərhlərdən ibarət “müshəf”lər od içərisində yandırılmayaydı və müsəlmanlar onu bəyan edib, yazmaqda cəzaya məhkum olunmayaydılar.

Həmin izahlarda hər ayənin nazil olma səbəbi qeyd olunurdu. O cümlədən, “İnnə şaniəkə huvəl-əbtər!” (Ya Peyğəmbər! Sənin düşməninin özü sonsuz və nəsli kəsilmişdir!) – ayəsinin şərhində yazılır ki, bu ayə və orada ifadə olunan “düşmən” sözü Əmr Asın atası haqda nazil olmuşdur. “İn caəkum fasiqun bi-nəbəin!”1 – ayəsində işlənən fasiq sözü isə Vəlid ibn Əqəbəyə2 aiddir. Eləcə də “Vəş-şəcərətul-məl`unə fil-Qur`an” (Qur`anda lə`nət olunmuş ağac)3 – ayəsində məqsəd əməvilər sülələsidir.

Qüreyş, münafiqlər və imanı zəif müsəlmanların məzəmməti ilə bağlı nazil olan digər ayələrdə var idi. Onlar xəlifələrin dövründə adətən, hakim dairədə yüksək nüfuz və məqama malik idilər. Həmin ayələrin varlığı ilə camaat onlara azacıq belə diqqət yetirməyəcək və bununla da hökumətdə yüksək məqama çata bilməyəcəkdilər. (Bu səbəbdən şərh və təfsirlərə qadağa qoyuldu.)

“Ey Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı xalqa çatdır...”4, “Həqiqətən, sizin vəliniz Allah, Onun Peyğəmbəri və iman gətirib, rüku halında zəkat verənlərdir...”5 və “Sadiqlərlə birgə olun!”6 – ayələri, eləcə də “Dəhr” surəsi və sairənin izahında “müshəf”də bir sıra incəliklər qeyd olunmuşdu ki, açıq-aşkar Əli ibn Əbi Talib (ə) və Peyğəmbər (s)-in Əhli-beytinin fəzilətlərini açıqlayırdı. Bu ayələrin mə`na və nəticəsinə diqqət yetirdikdə, müsəlmanlara onlardan başqasına tabe olmaq rəva görülmürdü.

Müsəlmanların ikinci xəlifəsi xilafətini başlanğıcında göstəriş verdi ki, bundan sonra Qur`anlar şərhsiz yazılsın. Ondan sonra isə belə bir Qur`anı qızı Həfsəyə əmanət verdi ki, münasib fürsətdə onun nümunəsi bütün məntəqələrə göndərilsin və yalnız bu xüsiyyətli Qur`ana tabe olunsun. O, öz işçi və valilərinə də tapşırıq verdi ki, camaatı Qur`anla məşğul edib, hədisdən uzaqlaşdırsınlar.

Bu göstəriş tədriclə dövlət qərarına çevrilərək, ona tabe olmayan hər kəs cəzalandırılır, müsəlmanlar öz “müshəf”lərini hökumətin qorxusundan aradan aparır, yaxud onları gizlədir və məclislərdə ayələrin təfsir və şərhindən azacıq belə söz açılmırdı.

Sünnü təfsirçiləri belə yazmışlar: “Bəni-Təmim tayfasının ə`yan-əşraflarından və qəbilə başçısı olan Səbiğ ibn Əsəl Təmimi Qur`anı dərindən başa düşməyi çox istəyir və buna görə də həmişə şəhərlərə səfər edərək, səhabələri tapır və onlardan ayələrin mə`nalarını soruşurdu. Bir zaman Əmr ibn As, Ömər ibn Xəttaba yazıb bildirdi ki, burada bir nəfər Qur`anın təfsirini soruşur və bu işlə məşğuldur.” Xəlifə yazdı ki, dərhal onu tutub Mədinəyə göndər.

O, Mədinəyə çatdıqda, ora çağırılmasının səbəbini bilmədiyi üçün xəlifədən “Vəz-zariyati zəra” – ayəsinin mə`nasını soruşduqda, xəlifə qəzəblənib, bir xurma salxımı7 ilə ona yüz şallaq zərbəsi vurdu. Səbiğ ibn Əsəl Təmimi dedi: “Ey mö`minlərin əmiri! Bildiklərimi unutdum.”

O, yerindən durub, zindana yollandıqda, köynəyindən qan damcılayırdı. Sağaldıqdan sonra onu yenidən xəlifənin yanına apardılar Xəlifə bu dəfə də ona yüz şallaq zərbəsi vurdu ki, belində onun yerləri qaldı. Yenə də zindana salındı. Üçüncü dəfə xəlifəyə yalvarıb-yaxardı ki, əgər məni öldürmək istəyirsənsə, öldür və məni belə işkəncədən xilas et! Xəlifə onu bu dəfə Bəsrəyə sürgün etdi və Bəsrənin valisi Əbu Musa Əş`əriyə belə yazdı: “Bəsrədə onu möhkəm izlə, nə bir kəs onun yanına get-gəl etsin, nə də bir söz danışsın.”

O, bir müddət hara gedirdisə, heç kim onunla danışmırdı. Nəhayət, bu vəziyyətdən təngə gəlib, Əbu Musa Əş`əridən xahiş etdi ki, xəlifə onu bağışlasın. Əbu Musa da onun peşman olduğunu xəlifə çatdırdı. Bununla da o, tədrici ölümdən canını qurtardı.8

Beləliklə, müsəlmanlar ayələrin mə`na, təfsir və şərhini unutdular, onun oxunuşu və sözlərinin deyilişindən başqa bir şey bilmirdilər. Ayələrin bir çox hökm və nazil olma səbəbi, hətta hadisələrin təfərrüatı məchul qaldı və müsəlmanlar hər ayənin məqsəd və məramını bilmədən, yaxud soruşmadan Qur`anı oxumaqla məşğul olurdular. Müsəlmanlar yavaş-yavaş ayələrin mə`na və hökmləri ilə biganə olsalar da, heç kim e`tiraz səsini ucalda bilmir və nəticədə hakim dairələr heç bir çətinliklə üzləşmirdilər. Dəfələrlə baş verirdi ki, müsəlmanlar uzaq məntəqələrdən Mədinəyə gəlib, xəlifədən müəyyən bir ayənin mə`nasını soruşduqda, o, cavabında aciz qalır və nəhayət deyirdi: “Qur`andan bildiklərinizə əməl edin, halalını halal, haramını isə haram bilin!”1 Bunun mə`nası budur ki, Qur`andan bilmədiklərinizə nə əməl edin, nə də onu soruşun.


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin