Ayətullah Xameneinin vəzifəyə seçilməsindən bir-iki ay sonra onun görüşünə getdim. İş başlamazdan əvvəl ona dedim: “Necə oldu ki, belə bir vəziyyət yarandı? İstəyirəm rəhbərlik məsələsi haqqında bir qədər sizin dilinizdən eşidim”. Böyük Rəhbər buyurdu: “Xibrə Məclisi həzrət İmamın canişinliyi barədə müzakirələr apararkən mən özüm haqda heç bir şey fikirləşmirdim və ümumiyyətlə təsəvvür etmirdim ki, onlar belə bir qərar qəbul etsinlər. İclasın günortaya qədər sürən birinci yarısı mənə anlatdı ki, mənim də adım hallana bilər. Mən günorta evə gəldim, iki rəkət namaz qıldım və minacat edərək Allahdan istədim ki, bu vəzifəni mənim çiynimə qoymasın. Mən az xatırlayıram ki, hansısa bir istək üçün Allah-taalaya belə yalvaram. Mən çox israrla və bütün vücudumla Allahdan istəyirdim ki, bu məsuliyyəti məndən uzaqlaşdırsın. Günortadan sonrakı iclasda Xibrə Məclisi ümumiyyətlə mənim fikrimə, yəni bu işi qəbul edib-etməmək rəyimə baxmadı və iş beləcə sonuclandı. Mən ürəkdən bu işə razı olmasam da, bu məsuliyyətin şəriət və qanun nöqteyi-nəzərindən boynuma düşdüyünü gördükdə, qərara gəldim ki, onu mükəmməl surətdə yerinə yetirim”.
Bu qayda Ağanın dünya və qüdrət istəyində olmamasını göstərir. Lakin vəzifə məsələsi irəli gəldikdə, o, öz vəzifəsinə əməl edir.
Doktor Qulaməli Həddad Adil
Dostları ilə paylaş: |