Xristian ailəsi ilə görüş
Ayətullah Xamenei, prezidentlik dövründə bir gün şəhid ailələrilə görüşmək və onların evinə baş çəkmək üçün Tehranın Məcidiyyə məhəlləsinə getdi. O, bir neçə evə baş çəkdikdən sonra soruşdu: “Bu məhəllədə görüş üçün başqa bir mənzil qalıbmı?” Dostlar dedilər: “Bir xristian ailəsi qalıb, onların övladı döyüşdə şəhid olub. Həmin evə getmək istəyirsinizmi?” Rəhbər müsbət cavabı verdi.
Şəhid ailəsi sevincdən özünə sığmırdı. Onların biri bu xəbəri eşidərkən özündən gedib yıxıldı, onu xəstəxanaya apardılar. Xanımlar dərhal örtünmək üçün hicab dalınca getdilər. Ayətullah Xamenei evin sakinləri ilə çox isti rəftar etdi. Öz fətvasına uyğun olaraq, məsihiləri murdar bilmədiyindən onlar üçün gətirilən meyvələrdən yedi və yanındakılara da işarə edərək buyurdu ki, siz də yeyin, qoy onlar bilsinlər ki, biz onları özümüzdən hesab edirik.
Höccətül-İslam Musəvi Kaşani
Dostları ilə paylaş: |