Günəşin və küləyin övladları adlanan



Yüklə 0,56 Mb.
səhifə3/7
tarix10.01.2022
ölçüsü0,56 Mb.
#108372
1   2   3   4   5   6   7
Folklor və əl işləri

Sami folkloru

Sami folklorunun əsasını nağıl və mif mədəniyyəti təşkil edir.Samilər hər bir şeyin ruhunun olduğuna inandıqları üçün onların mifləri də təbiət,insanlar və heyvanlar haqqındadır.Stallo Chud kimi qəhrəmanlara yalnız Sami miflərində rast gəlinir.Stallo-çox qəddar trola bənzər insanları yeyən,çox zalım obrazdır.Digər qəhrəmanlardan biri Biegolmai-Külək adamdır,o insanlara mane olmağa çalışır,onlara Sapmi ərazisinə daxil olmağa imkan vermir.Lakin mifin sonunda Xeyir Şərə qalib gəlir.

Ən məşhur Sami mifi “İlk kəşfçi” adlanan mifdir.Bu mifdə Tjudes adlanan qəddar bir obraz balaca Sami oğlanı məğlub edə bilmir,oğlan öz ağlının gücü ilə həm özünü,həm də Samiləri ölümdən qurtarır.Bu mif əsasında məhşur Sami rejissoru Nils Gaup “Veiviseren” filmini çəkmişdir.
Duodji

Dəniz sahillərində yaşayan Samilərin həyatları balıqçılıqdan asılı olduğu üçün qayıqlara,lassolara,kirşələrə və isti geyimlərə ehtiyacları vardı.Xüsusən,Finnmark ərazisində,harada ki,temperatur 500C aşağı olur.

Samilərə yaşamaq üçün bu xammallar kifayət idi:dəri,sümük,buynuz,xəz,qabıq,ağac kökləri,yun və odun.Sanilər bütün bunları özləri əldə edirlər,bunu DUODJİ adlandırırlar.Duodji qədim Şimal Sami sözüdür.Bu SAMİ folk incəsənəti və əl işləri deməkdir.Zaman keçdikcə Samilərə bağlı olan əl işləri,suvenirlər DUODJİ adı ilə satılmağa başladı.

Sami milli suvenerləri taxtadan,maral buynuzundan,sümükdən,qabıqdan hazırlanır və qadınlar onlara müxtəlif ağac və dərilərdən alınmış rəngləri vururlar.Belə ki,qadın Duodji rəssamları dəridən,kişi rəssamlar isə taxta,maral sümüklərindən istifadə edirlər.Həmçinin demək olar ki,bütün əl işlərinin üzərinə milli ornamentlər çəkilir…Əsas istifadə olunan rənglər mavi,sarı,qırmızı və yaşıldır(Sami bayrağının rəngləri).Duodji düzəldən rəssamlar rəsm sənətini Samilərin milliliyi ilə harmoniyada təqdim etməyi bacarırlar.Əsas Duodji suvenerlərinə bıçaqlar,qadın çantaları,taxta fincanlar,Kuksa adlanan Sami fincanları və Gakti ornamentləri də aiddir.


Ənənəvi yeməklər

Ənənəvi Sami yeməkləri təbiətdən qaynaqlanır:dənizdən,göldən və fyordlardan balıq.Marallardan ət,quşlardan yumurta və ət,bataqlıq və düzənliklərdən giləmeyvələr.Bu xammal ya qurudulma,ya hisə verilmə,ya da duzlanma yolu ilə yararlı vəziyyətə gətirilirdi.Təbii ki,əsas qida marallar sayılırdı.Belə ki,maralların həm ətindən,həm ürəyindən,həm beynindən,həm dəki qanından istifadə olunurdu.


BİDOS-mərasim yeməyi

Bir çox Sami yeməkləri iri qazanlarda od ətrafında maral ətindən hazırlanır.


Ən tanınmış Sami yeməklərindən biri də BİDOSdu.Bidos az suda çox miqdarda maral ətindən köz üzərində hazırlanır.Bu ziyafət yeməyi sayılır.

SAmilərin yaşadıqları Şimal ərazilərdə coğrafi şərait heç də əkinçiyə uyğun deyil.Buna görə də onlar dənli bitkiləri,duzu,kofe və şəkəri də balıq məhsulları ilə əvəzləmişlər.13-cü əsrdən başlayaraq qurudulmuş balıqdan “Rusiya unu” adlanan un əldə olunmağa başlandı.Və 18-ci 19-cu əsrlərdə digər Samilər arasında da geniş yayıldı.Bu gün bu un Samilər üçün əvəzedilməz ərzaqdır.


SAMILƏRİN DİNİ
Qədim Sami dinində bir çox Allahlar var idi,və Sami inancları bilavasitə təbiətlə bağlı idi.Samilərə görə təbiətdə hər bir şeyin ruhu vardır.Bu mistik din olan Animizm adlanırdı.Günəş əsas Allah idi.O,buzu və qarı əridir,işıq və isti gətirir,əsas daki bütün dünyaya həyat bəxş edirdi.Ona görə də Samiləri günəşin övladları adlandırırlar.İldırım Allahı ən güclü hesab olunurdu.O,səmada və meşədə yanğın sala bilər,həçinin yağış yağdıra bilərdi.Külək Allahı o qədər güclü,surətli və sərt idi ki,heç kəs onun qarşısını ala bilməzdi.Eyni zamanda o xoş mülayim küləyi də gətiricisi hesab olunurdu.Maraqlıdır ki,Samilərdə Manna deyilən Allah da varidi ki,bu ay Allahı hesab olunurdu.
ALAHLARLA ƏLAQƏ

İnsanlar Allahlarla-NOAİDE_deyilən şamanlar vasitəsilə əlaqə qururdular.Noaide Yer kurəsi ilə Ruhlar aləmi arasında əlaqə qururdu.Kişi Noaidelər kişi müqəddəs Allahları ilə,qadınlar isə bolluq Allahları sayılan Adonis,Ato,Bes kimi Allahlarla əlaqə yaradırdılar. O,həddindən artıq müdrik,müqəddəs insan sayılırdı,həmçinin təbabət bilicisi də olmalıydı.NOAİDenin Allahlarla əlaqəsi drum adlanan alətin köməkliyi ilə başa gəlirdi.Drum maral dərisindən hazırlanırdı.Noaide maral buynuzundan hazırlanan Ryon çəkicilə T və ya Y hərfini seçirdi.Və bu ruhlar aləminə daxil olana qədər davam etdirilirdi.


Müqəddəs yerlər

Seide adi daş,göl,dağların qeyri-adi formasını almış müqəddəs yerlərdir.İnsanlar inanırdılar ki,bu yerlər Allahların energetic gücü nəticəsində yaranmışdır və məqsədi insanlara kömək,mənəvi dəstək üçündür.

18-ci əsrin əvvələrində Samilər xristianlığı qəbul etməyə başladılar,daha doğrusu Samilərə yeni bir din qəbul etdirildi.Keşişlər və xristian misionerləri drumları yandırmağa,qadağan etməyə,müqəddəs yerləri isə dağıtmağa başladılar.1693-cü ildə Lars Nilson adlı sonuncu Sami noaisi Aryeploq meydanında yandırılaraq öldürüldü.

Yeni-Şamanizm-Bu gün müasir şamanlar öz xidmətlərini qəzetlər,elanlar vasitəsilə insanlara və xüsusən turistlərə təklif edirlər.Bu şamanlar qədim animism dinindən daha çox köhnə ənənələri yaşatmaq arzusu ilə bu işlə məğul olurlar.və müasir şamanların ən maraqlı xüsusiyyətləri onadan ibarətdir ki,onlar yeni paqanizmlə drudizmi və xristianlığın elementlərini Bibliyadan oxumaqla sintez edirlər.




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin