Günəşin və küləyin övladları adlanan



Yüklə 0,56 Mb.
səhifə6/7
tarix10.01.2022
ölçüsü0,56 Mb.
#108372
1   2   3   4   5   6   7
Qədim Samilərdən müasir samilərə keçid

Samilər bəlkə də bu qədər öz irsinə,keçmişinə bağlı olan nadir xalqdır.Onlar Qərbi Avropada çox az edilən ritualları bu günümzdə də tarixlərinin bir hissəsi kimi edirlər.Samilər xüsusən,öz soyadlarına həssaslıqla yanaşır,onları ənənəvi Sami formasında,yəni soyadsız sadəcə körpənin,uşağın adi ilə çağrılmasını qoruyurdular.Yalnız Lüteran kilsəsinin bu məsələyə qarışması ilə Samilər Skandinaviya soyad ənənəsini qəbul etdi. Oğlan uşaqlarına (sen) və qız uşaqlarına (dotter) hissəcikləri əlavə olundu.

Bu kimi hallar nəinki soyad hər bir sahədə müşahidə olunur.Samilər nə qədər mühafizəkar təbiətli olsalar da,modernçilik və müasirləşməni ənənəçiliklə bərabər qəbul etdilər.Çünki bu həmin zaman yaşadıqları ölkələr çərçivəsində qarşısıalınmaz bir proses idi.

Sami ailələri ənənəvi olaraq SİİDA adlanan qruplarda birləşərək yaşayırdılar.SİİDAnı xalq içindən seçilmiş təcrübəli lider idarə edirdi.Ova kimin getməyi,vəzifələrin bölüşdürülməyi onun vəzifəsi idi.SİİDA çox demokratik qanunlarla idarə olunur,xəstələri və yaşlıları vəzifə məsuliyyətindən azad edirdi.Ümumiyyətlə,Sami dilində ailə ilə bağlı həddində artıq çox söz vardır.Samilərin həyatında evlilik,ailə çox vacib idi.Ənənəvi olaraq,ailədə kişilər ovçuluq,maralçılıq, qayıq,alət,xizək düzəltmək ilə,qadınlar isə qida,yemək,toxuculuq,geyim işi ilə məşğul olurdular.




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin