Baş və paltar yumaq üçün işlədilən şeylər
Keçmişdə baş yumaq üçün xalxal gilindən istifadə edərdilər. Sonralar ətirli sabun və marağa sabunuyla, indi isə şampunla yumaq dəb olubdur.
Paltarları çoğanla yuyardılar. Çoğan bir cür şirədir ki, köpüklənir və kənd əhli baharın axırlarında çoğanı yığıb, qurudandan sonra onu döyüb ələkdən keçirərdilər. Öz paylarını götürəndən sonra qalanını satış üçün şəhərə gətirərdilər. Ağ paltarları o zaman da sabunla yuyardılar.
Çay üçün şirnilər
Çayı lap qabaqlar kişmişlə içərdilər. Sonralar ağ və sarı nabatla, son zamanlarda isə rus qəndi ilə içərlər.
Dostları ilə paylaş: |