Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə187/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   183   184   185   186   187   188   189   190   ...   195
Boyluluq (ikicanlı)
Azərbaycan qızları bütün başqa qızlar kimi bəxt evinə gedib “gəlin” olandan sonra səbirsizliklə boylu (ikicanlı) olmaq arzusu ilə yaşayırdı. Toydan bir müddət sovuşandan sonra boyluluq nişanələrini görməyincə təşvişə düşüb çarə aramaq fikrinə düşürdülər. Uşağın Allah vergisi olduğuna inandıqları üçün nəzir-niyazla Allahdan uşaq diləməyin uğurlu olmadığını, bu yolla dünyaya gələn uşağın öz ata-anasının başını yediyinə baxmayaraq boylu olmaqdan sarı heç bir işdən çəkinməzdilər. Çünki uşaqsızlıq ailə ocağının soyuqluğuna, nəslin qırılmasına, dedi-qodulara səbəb olmaqdan əlavə, kişiyə arvadını boşamağa, ya onun üstünə evlənməyə haqq qazandırırdı.

Həyat boyunca təşvişə, qaxınca səbəb olan bu sonsuzluğa son qoymaq üçün aşağıdakı təşəbbüslərə qatılırdılar.

1. İmamlara, imamzadələrə, müqəddəs ocaqlara baş vurar, onlardan hacət (murad) dilərdilər. Bu yol ilə uşağı olanlar- arvadlar, o imamın adını uşaqlarına qoyur, uşağı oraya ziyarətə aparırdılar.

2. Falçılara, duayazanlara baş vurur, onlardan boylu olmaq duası diləyirlər. Bu dualar, tasa baxmaq, kitab açmaq, göbək duası yazmaqdan başlayıb, cürbəcür döşək altına qoyma, suya salıb içmə, parçaya tikib yanında saxlama kimi yollarla həyata keçirilərdi.

3. İmamlar, övliyalar adına, o cümlədən, İmami-Zeyna- la­bi­din, Həzrəti Əbülfəzli, Xanım Ruqiyyə, Bibi Şəhrəbanu adı­na ehsan süfrəsi açar, ya müqəddəs ocaqlarda yemək paylayardılar.

4. Qəbiristanda ölü yuyan yerə gedib, qüsl üçün ölünün üstünə tökülən sudan bir stəkan alıb, gəlin (boylu olmaq istəyən cavan arvad) hamamda yuyunandan sonra onun başına töküb, hamamdan çıxardardılar. Bunun adına çillə tökmək deyirdilər.

5. Dabbaqxana suyundan gətirib, onun üz-gözünə səpər, ya içirdirdilər.

6. Nəzir süfrəsinin tör-töküntüsünü onun başına silkərdilər.

7. Hamamda 10 nəfər zahının yuyunma suyundan alıb, onun başına tökərdilər.

8. Əgər on nəfər zahının yuyunma suyundan bir yerə yığ­maq mümkün deyildisə, yaxın arvadlar ona bildirmədən hama­mın 4 bucağından su yığıb, qəflətən onun üstünə səpərdilər. İnanırdılar ki, o, bu çirkabdan diksinib, çilləsi töküləcək.

9. Onu bir əza yerinə aparır, cənazəni yerdən götürmədən üç kərə onun (cənazənin) üstündən atladardılar.
Uşaq salmaq
Qadınlar yoxsul, çoxuşaqlı ailələrdə boylu olmaqdan çəki­nir­dilər. Boylu olduqları halda uşağı dünyaya gətirməkdən əvvəl salmağa çalışırdılar. Uşağı salmaq üçün bu kimi işlərə əl atırdılar:


  1. Üç gün səhər tezdən bir kasa zərinc suyu içirdilər.

  2. Ağır şeylər qaldırırdılar.

  3. Cəfərini əzib onun suyunu səhər yeməyindən qabaq içirdilər.

  4. Üç gün dalbadal bir misqal zəfəranı bir neçə noxud ilə suda qarışdırıb içirdilər.

  5. Boyağı, soğan qabığını bir yerdə qaynadıb, üç gün içirdilər.

Bunun əksinə olaraq, bir çox qadınlar Allahın qorxusundan uşaqlarını salmaqdan çəkinirdilər. Uşaq düşürmə təhlükəsi əsa­sən boylu arvadın ağır şeyi götürməsindən, bərk qorxmasından, əsəbiləşməsindən, yıxılmasından, başqa bu kimi hadisələrdən törəyirdi. Uşaq düşürmə qana düşmə ilə başlayırdı. Onun qabağını almaq üçün nişasta halvası bişirib xəstəyə yedirdirdilər. İnanırdılar ki, bununla uşağın düşməsinin qabağını alarlar.


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin