Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə191/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   187   188   189   190   191   192   193   194   195
Zahı hamamı
Uşaq doğulandan sonra zahı hamama gedərdı. Zahı məriz-əhval, ya hava çox soyuq olanda zahı hamamını dala salardılar. Zahı hamamına aparılacaq günün axşamı mama, əgər mama olmasa iş bilən ev adamlarından biri yumurta sarısını noxud unu, göy zirə, qəhvə, üzərliklə qatıb, onun xəmirini hazırlayıb zahının başına, saçına yaxardılar ki, onun tükləri qüvvət tapsın. Sonra bir xəmir də yumurtanın ağı, kömür tozu, bir para isti ədviyyatdan düzəldib zahının belinə salardılar. Zahının belini bal ilə möhkəm ovuşdurub, döyülmüş kömürün, qovrulmuş üzərliyin tozunu üstündən səpib bağlar, zahını səhərə kimi yerində yatızdırardılar.

Səhər tezdən hamam işçilərindən biri gəlib zahının hamam ləvazimatını aparırdı. Bunun dalınca, zahı, mama, yaxınlarından bir neçəsi hamama yollanırdılar. Hamama getməmiş otağı süpürür, yatağı yığışdırırdılar.

Zahı bu işlər başa çatdıqdan sonra ucuna soğan taxılmış bı­çaq, ya qayçını özüylə götürüb yola düşürdü. Zahı ilə ayaq­la­şanlardan biri uşağı, bir ayrısı da bir az sarı yağ, bir şüşə abqora, duz, yumurta, azca sarıkök, mumya, şüyüd toxumu götürürdü.

Zahı hamamın astanasına çatanda soğanı bıçaq, ya qayçının ucundan çıxarıb ayağının altına salır, əzir, beləliklə də qada-balanı özündən uzaqlaşdırırdı.

Hamamda zahını soyundurub içəri aparır, uşağı ahıl arvad­lardan biri eşikdə saxlayırdı. Hamamın içində yenə zahını üzüqoylu salıb, belini mumya, bəlsan yağı ilə yağlayıb möhkəm ovurdular. Hamamın istisi, masajın təsiri ilə zahı tərləyir, bədəni yumşalırdı. Zahı tərləyəndən sonra onu arxası üstə uzadıb, sinə sümüyündən göbəyin aşağısına qədər, yuxarıdan aşağıya masaj edirdilər ki, doğumdan sonra bədəndə yığılan sular aşağı ensin.

Zahı paklanıb, hamamın soyunma yerinə çıxmağa yaxın evdən ona meyvə, şirni, qovut, şərbət gətirərdilər. Sonra bir qaba su töküb ora iki qurşum halqa salır, sonra da halqanı çıxarıb, göz aydınlığı kimi uşağın qulağına taxırdılar.



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin