Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən


Bayram – yuxuda bayram görmək – ya bayram məra­simində iştirak etmək, ya da yaşayışda şadlıq, bolluq və qəm-qüssənin məhvi kimi yozulur. Beşik



Yüklə 2,44 Mb.
səhifə70/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   66   67   68   69   70   71   72   73   ...   195
Bayram – yuxuda bayram görmək – ya bayram məra­simində iştirak etmək, ya da yaşayışda şadlıq, bolluq və qəm-qüssənin məhvi kimi yozulur.
Beşik – yuxuda əyal və övlad kimi yozulur. Beşik qayır­maq, ya beşik almaq – subay üçün evlənmək, evli üçün uşağı olmaq nişanəsidi. Uşağı beşikdə yatızdırmaq – ailəsinin xidmə­tində olmaq deməkdi.
Bənövşə – yuxuda kökü üstə bənövşə görmək xeyrə yo­zulur. Kökündən qoparılmış bənövşə ayrılıq, kədər və ziyana işarədi.

Biz – yuxuda biz görmək ağıl və tədbirin nişanəsidir. Əlində biz heyvanları sürdüyünü görən dəyərli bir işi nəticəyə çatdıracaqdır.
Bilərzikyuxuda bilərzik izzət, hörmət nişanəsidi. Bilərziyi qoldan çıxarmaq dostlar arasında soyuqluq, ayrılıq, birinə bilərzik vermək ona yaxşılıq etmək nişanəsidi.
Boğulmaq – yuxuda boğulduğunu görən şəxs fırıldağa və kələyə uğrayır. Suda boğulduğunu görən təlaş və qeyrət nəticəsində boğulan yerdən yardım görür, bir möhtərəm adamın himayəsindən faydalanır.
Bomba – yuxuda bomba görmək ağır xərcə düşmək; bombanın partlayışını görmək yoxsulluq və səfalət; bombadan yaralanmaq işdə yarımaq və məhəbbətin artması; bomba qumbaraları vermək kədər və qorxulu səfər; bomba ilə oynama gözlənilməz qəza deməkdir.
Boxça – boxça yuxuda bir çox hallarda səfər kimi yozulur. Yuxuda boxça görənin səfərə gedəni gəlir, boxça dolusu parça görən pul qazanır. Bir yerdə çoxlu boxça görənin çoxlu qonağı gəlir və xərci qat-qat çoxalır; boxçanı səfər vaxtı unudanın ev işlərində qarışıqlıq üz verir və rahatlığı pozulur.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin