Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən


Dəliqanlı – yuxuda sevimli və üzügülər bir dəliqanlı görmək sevinc və iqbal, xəşm və qaraqabaqlı dəliqanlı kin-küdurətə işarədir. Dəllal



Yüklə 2,44 Mb.
səhifə78/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   74   75   76   77   78   79   80   81   ...   195
Dəliqanlı – yuxuda sevimli və üzügülər bir dəliqanlı görmək sevinc və iqbal, xəşm və qaraqabaqlı dəliqanlı kin-küdurətə işarədir.

Dəllalyuxuda dəllal görmək, ya dəllala iş tapşırmaq çoxlu dedi-qodu və yalan-palana şahid olmaq və yaxasını yaltaq adamların əlinə vermək kimi yozulur.
Dəmir – yuxuda dəmir tapdamaq birinin sizlə pis dav­ranacağı deməkdir. Əyri-üyrü dəmir görmək yaxınlarınızdan birinin sizdən incimək nişanəsidir. Dəmirdən qayrılmış alətlər əmin-amanlığa çatmaq deməkdir.
Dərviş – yuxuda dərviş görmək xeyrə yozulur, dərvişlə qonuşmaq bir zəngin, ya ariflə dost olmaq və ondan fayda­lanmaq deməkdir. Özünü dərviş biçimində görmək qəni, ya arif olacağınıza işarədir.
Dərya (dəniz) – yuxuda dəryanı sakit və durğun görmək bolluq və rahatlıq anlamındadır. Dəryanı dalğalı və köpürmüş görmək bir təhlükəyə uğramaq, saf və mavi dərya işlərdə uğur qazanmaq, tutqun və bulanıq dəniz işlərin tərsə gedişi kimi yozulur.
Dərs – yuxuda özünü dərs oxumaqda görənin qabağına canlara dəyən dost çıxar. Dərs oxumaqdan boyun qaçırmaq tənbəlliyə, dərsini oxuyub bitirmək az zamanda ad və etibar sahibi olmağa yozulur.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin