Гур`анла мүалиҹӘ



Yüklə 1,58 Mb.
səhifə8/29
tarix17.11.2018
ölçüsü1,58 Mb.
#83426
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

Hud” surəsi

1-Fərvə Aciri Həzrət Baqirdən (ə) rəvayət edir ki, Həzrət buyurdu: Hər kəs həftədə bir dəfə Hud surəsini oxusa, Allah-taala Qiyamətdə onu Peyğəmbərlərlə birlikdə gətirər. O gün dünyada aludə olduğu günahları onun üçün yazmazlar.

2-Ubəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edib ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni oxusa, Həzrəti Nuha, Huda, Salehə, Şüeybə, Luta, İbrahimə və Musaya iman gətirənlərin yaxud onları təkzib edənlərin sayı qədər, ona on həsənə (savab) əta olunar. Qiyamət günü xoşbəxtlərdən olacaq. Səələbi öz sənədinə əsaslanaraq əbi Cuhəyfədən hədis nəql edib ki, Allahın Rəsuluna (s.ə.v.v) belə müraciət etdik. Qocalıq sizdə təsir qoymuşdur? Həzrət buyurdu: Bəli Hud və onun kimi surələr məni qocaltdı. Başqa bir rəvayətdə Əbubəkr də bu sözü Həzrətdən soruşmuşdu. Həzrət isə onun cavabında buyurmuşdu: Hud və onun kimi surələr, yəni "haqqə", "Vəqiə", "Əmmə yətəsaəlun" və "həl ətakə hədisul caşiyə" məni qocaltdı.

İmam Muhəmməd Baqir (ə) buyurdu: Hər kəs cümə günü bu surəni oxusa, Allah-taala onu Qiyamətdə Peyğəmbərlərlə məhşur edər, və onun hesabını asan edər ki, bir kəs onun günahından xəbərdar olmaz.

Hər kəs hacət üçün Hud surəsini on üç dəfə oxu.

Aşağıdakı ayəni yazıb maşına bağlasan, hər cür xətər və təhlükədən qorunarsan. Ayə: "Və qalərkəbu fiha bismillahi məcraha və mursaha innə rəbbi ləğəfurun rəhim" (Hud-41)

Yusif” surəsi


(Əhsənul qəsəs)
1-Əbi Bəsirdən nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Yusif surəsini hər gündə yaxud hər gecədə bir dəfə oxuyan şəxsi, Allah-taala Qiyamətdə Qari (qiraətçi, (Quranı gözəl səslə oxuyan ) kimi gətirəcək. Cəmala gözəlliyi Yusifin (ə) cəmal və gözəlliyi kimi, o gün (Qiyamətdə) qorxu onu bürüməz, Allahın doğru-düzgün bəndəlrindən olar. Sonra Həzrət yenə də buyurdu: Bu surə tövratda da zikr olunub.Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Öz qullarınıza Yusif surəsini öyrədin. Çünki hər bir müsələman bu surəni oxusa, ailəsinə və qullarına öyrətsə, Allah-taala ölümün çətinliklərini onun üçün asanlaşdırar, və ona elə qüvvə verər ki, heç bir müsəlmana qarşı həsəd etməz.

2-İsmail ibn Ziyad imam Sadiqdən (ə) o da, atalarından və Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edib ki, Həzrət belə buyurdu: Həyat yoldaşlarınıza yuxarı təbəqədə otaq verməyin və həmçinin Yusif surəsini yazmağı onlara öyrətməyin. Əvəzində onlara toxuculuq və nur surəsini yazıb, üç gün evdə saxlayıb sonra onu evin kənarında dəfn etsə, məmləkətin padşahının yanında əziz olar.


Rəd” surəsi

1-Hüseyn ibn Əbil Əladan rəvayət olunub ki, imam Sadiq (ə) buyurdu: Hər kəs Rəd surəsini çox oxusa, hərçənd Əhli-beytin düşmənlərindən olsa belə Allah onu dünyada ildırım vurmaqla həlak etməz. Əgər şiə qarilərindən (Quran oxuyanları) olsa, Allah onu hesab-kitabsız Behiştə daxil edər, ailəsinin mömin qardaşlarının və dostlarının barəsində etdiyi şəfaəti qəbul olunar.

2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs Rəd surəsini oxusa ona on savab əta olunar ki, xilqətin (yaranışın) əvvələrindən Qiyamət gününə kimi yaranan buludlarla eyni səviyyədə olar. Qiyamət günündə o kəslərdəndirlər ki, onlar öz əhdlərinə vəfa etmişlər.

Şeyx Bəhaidən nəql olunub ki, qadınların hamilə olması üçün bu ayəni "Vələv ənnə Quranən suyyirətbihil cibalu, əv quttiət bihil ərzu, əv kullimə bihil məvta, bəllillahil əmru cəmiən." (Rəd 31).

Muqəttəə hərifləri ilə yazıb (vav, lam, vav, əlif, nun, qaf, ra, əlif, nun, əyn…) həyat yoldaşının böyrünə bağlasan, hamilə olar. (O dedi: bunu 900 qadına bu nüsxəni yazdım hamısı hamilə oldular).

İbrahim” və “Hicr” surələri

1-Ənbə ibn Məsəbdən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: hər kəs Həftədə bir dəfə namazının birinci və ikinci rükətində İbrahim və hicr surəsini oxusa, yoxsul ehtiyaclı dəli olmayıb, başqa bəlalara da giriftar olmaz.

2-İbn Əbi Kəb deyir ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs İbrahim və hicr surəsini oxusa, bütləri sitayiş edənlərin və sitayiş etməyənlərin sayı qədər ona on savab verilər.

3-Übəyy ibn Kəb başqa bir rəvayətdə Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) belə nəql edib. Hər kəs Hicr surəsini oxusa Allah ona mühacir və Ənsarın və Məhəmmədi (s.ə.v.v) məsxərə edənlərin sayı qədər on həsənə (savab) verəcək

Deyirlər ki, hafizənin güclənməsinə xatir aşağıdakı ayəni qırx bir dəfə quru incilə oxuyub, gündə neçə ədəd ondan yesin. Ayə: "İnna nəhnu nəzzəlnəz-zikr inna ləhu ləhafizun." (Hicr- 9)

Nəhl” surəsi

1-Məhəmməd ibn Müslümdən rəvayət olunub ki, imam Baqir (ə) belə buyurdu: Hər kəs ayda bir dəfə Nəhl surəsini oxusa, dünyada mal-dövlətinə ziyan dəyməz, və həmçinin yetmiş cür bəladan ki, onların ən yüngülü dəlilik, cozam, pisixdən amanda qalar. Axirət onun məskəni (mənzili) ədn Behiştin ortasıdır.

2-Həzrəti Rəsul (s.ə.v.v) buyurdu: Hər kəs Nəhl surəsini oxusa, uca məqamlı Allah ona verdiyi nemətlərini hesab etməz ölüb özündən sonra vəsiyyət etmiş şəxsin əcrini alar, əgər o həmin gün vəfat etsə, ölən zaman yaxşı şeylərə vəsiyyət etmiş kəsdən neçə bərabər çox olar

Əgər bir qadın südünün çoxalmasını istəyirsə, bu ayəni yazıb suyunu içsə, südü çoxalar.

Ayə: " innə ləkum filənami ləibrətən nusqikum mimma fibutunihi min bəyni fərsin dəmin ləbənən xalisən saicən lişşaribin." (Nəhl-66)

Bir kəsin hafizəsi zəif olsa, və hər şeyi eşidib tez bir zamanda öyrənib, yaddan çıxmamasını istəyirsə, duşənbə (birinci gün) günündən başlayıb, bu ayələri yeddi tikə quru çörəyə yazsın və gündə birini yesin.

Birinci gün: Duşənbə: "Fətaalal-lahul məlikul həqqul mubin."

İkinci gün: Seşənbə: "Rəbbi zidni ilmən." (Taha 114)

Üçünci gün: Cahar şənbə: "Sənuqriukə fəla tənsa." (Əla-6)

Dördüncü gün: Pəncənşəbə: "İnnəhu yəələmul cəhrə vəma yəxfa." (Əla-7)

Beşinci gün: Cümə: "La tuhərrik bihi lisanəkə litəcələ bihi." (Qiyamət-16)

Altıncı gün: Şənbə: "İnnə ələyna cəməhu Quranəhu." (Qiyamət-17)

Yeddinci gün: Yekşənbə: "Fəiza Qərənahu fəttəbi Quranəhu." (Qiyamət-18)


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin