GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə37/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   33   34   35   36   37   38   39   40   ...   55
FAXRALI – Bolnisi rayonunda kənd adı. Talaver çayının sahilində, rayon mərkəzindən 19 km gündoğarda yerləşir. Xalq etimologiyasına görə, bu etnotoponim “fəqir/fağır” sözü ilə “Alı” şəxs adının birləşməsindən əmələ gəlmişdir. Digər bir versiyaya görə, bu toponim “fəxr” və “Alı” antroponiminin birləşməsindən yaranmışdır. Bizcə, iknci fikir daha ağlabatandır. Təəssüflər olsun ki, kəndin adı son illərdə dəyişdirilərək “Talaver” adlandırılmışdır.
GÖDƏKLİ – Zalqa rayonunda kənd adı. Rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşən bu kəndin adı xələc tayfasının gödəkli tirəsinin onlara məxsus ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Kök və şəkilçi modeli əsasında formalaşan bu etnotoponimin kök komponentində işlənən “ködək” sözü “qısa, balaca” anlamındadır. Ehtimal ki, bu tirəyə məxsus insanlar boyca qısa, balaca olduqlarına görə belə adlandırılmışlar. Azərbaycanın Beyləqan, Qubadlı, Xaçmaz rayonlarında eyniadlı etnotoponimlər qeydə alınmışdır.

Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin