Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 6,87 Mb.
səhifə115/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   111   112   113   114   115   116   117   118   ...   173
ARI BALI HAQQINDA

Kainatı, təbiəti və insanı yaradan Tanrı hamıya və hər kəsə bir istedad vermiş. Bunun necə və nə üçün etdiyi yalnız Onun özünün izni ilə baş verir.

Bal haqqında “Qurani Kərim”in ən – Nəhl surəsində belə buyurulmuşdur:

Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağ­larda, ağaclarda və (insanların) qurduğu çar­daqlarda (evlərin damında, üzümlüklərdə) özünə yuva tik (pətəklər sal); “Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asan­lıqla), get!” (Və ya; “Rəbinin yollarını itaətlə tut!”) “(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı , qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (ən-Nəhl, 16/68- 69).

Bu barədə nə demək olar? Allah Təala arını elə proqramlaşdırmışdır ki, o müxtəlif çiçəkləri tapıb onlardakı nektarı toplayır və onu bala çevirir.

Arılar instinktlə hərəkət edib öz fəaliyyətlərini son məqsədə qədər davam etdirirlər. İnsanlar da bəzən instinktlə hərəkət edir. Lakin insana daha çox imkanlar verilib. Arılar haqqında olan bu buyuruqlar maddi aləm­dən bir misaldır, örnəkdir. Arı Allah Təala tərəfin­dən ona təlqin edilmiş qaydada müxtəlif çiçəklərdən və meyvələrdən topladığı ən dəyərli nektardan məhsul – bal hasil edir. Həmin balı lazımi miqdarda qəbul etdikdə insanların qidası və şəfa tapması üçün vacib bir məlhəmdir. Bir diqqət yetirin, bal müxtəlif rənglərdə – tünd qəhvəyidən açıq sarı rəngə qədər olur. Balın müxtəlif növlərinin dadı və ətri də dəyişir. Bu nədən irəli gəlir? Bu əsasən bal şirəsinin (nektarın) toplandığı çiçəklərin, meyvələrin tərkibindən və müxtəlifliyindən asılıdır.

Allahın yaratdığı insanlar da “Qurani-Kərim”in buyuruqlarına əməl etsələr, onları əhatə edən aləmdən yaxşıların yaxşısını seçib istifadə edə bilərlər. Arılar kimi insanlar da “rənginə”, “dadına” və “ətrinə” görə yaxşı işlər görüb, hətta acıqlı və pis insanları xeyirliyə təhrik edə bilərlər. Necə ki, arı balı bir dərman kimi xəstə insanları sağaldır. Bu zaman Allah Təalaya tam sədaqətlə inanmaq və onun “Qurani-Kərim”dəki buyuruqlarına riayət etmək lazımdır. Sual oluna bilər. Allah Təalaya inanmadan şəfa tapmaq olmaz? Əgər söhbət mənəvi şəfadan gedirsə, əlbəttə ki, Allah Təa­laya təvəkkül (ümid) etmədən olmaz. Adi xəstəliklər­dən isə həkimə inanmadan şəfa tapmaq şübhəlidir (mübahisəlidir), həm həkim və həm də müalicə olunan biri – birinə inanmalıdır, əgər bu yoxdursa, tam şəfa tapıb sağalmaqdan söhbət gedə bilməz.

Belə rəvayət olunur ki, bir gün Allahın Rəsulunun (s.ə.v.) yanına bir kişi gəlib deyir: “Mənim qardaşımda ishal var.”

Peyğəmbər (s.ə.v.) ona bal verməyi məsləhət görür. Kişi qardaşına bal verir və yenidən Peyğəmbərin (s.ə.v.) yanına gəlib deyir: “Mən ona bal verdim, lakin ishal bir qədər də kəskinləşdi”.

Peyğəmbər (s.ə.v.) təkrar dedi: “Get ona bal ver”. Kişi yenə qayıdıb deyir: “Qardaşımın halı daha da pisləşdi.” Onda Peyğəmbər (s.ə.v.) cavabında dedi: “Allah düzünü deyir, sənin qardaşının qarnı isə yalan. Get ona yenə bal ver.”

Kişi yenidən qardaşına üçüncü dəfə bal verir və o, şəfa tapır. Bu hekayət bir daha Allahın Rəsulunun (s.ə.v.) “Qurani Kərim”də buyurulanlara tam əmin­liyinin təsdiqini göstərir. Çünki “Qurani Kərim”də balın insanlar üçün şəfaverici olması buyurul­muş­dur. Bir daha surənin həmin yerini təkrarən oxuyaq:

(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı , qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!”

Bal tərkibcə çox zəngin qida olub orqanizm üçün faydalıdır. Həzrət Əli (ə) buyurmuşdur: “Peyğəmbəri­miz balı çox sevərdi.” Hədislərdə deyilir: “Şəfa üç şeyə münasibdir. Bunlardan birincisi bal şərbəti içməkdir.”

Peyğəmbər (s.ə.v.) “Qurani Kərim”in ayələrinə işarə edərək buyurub ki, hər kəs gündə bir dəfə bal yesə, 77 xəstəlikdən asudə olar.

Peyğəmbər (s.ə.v.) yenə buyurub: “Kim öz hafizəsini qüvvətləndirmək istəyirsə, bal yesin.”

“Nə yaxşı içməli şeydir bal! Ürəyi qoruyur və sinədə olan soyuqluğu aparır.”

“İki şəfa verən şeyi sizə tövsiyə edirəm: bal, bir də Qurani Kərim.”

Bal bütün dərdlər üçün dərmandır. Allah Təala “Qurani Kərim”də buyurur: “Onda insanlar üçün şəfa vardır.”

Həzrəti Əli (ə) buyurub: “Üç şey var ki, hafizəni artırar və bəlğəmi aparar: onların biri Quran oxumaq, biri bal, biri də süddür.”

Həzrəti Əli (ə) Cənablarından rəvayət olunur ki, Rəsuli – Əkrəm (s.ə.s.) buyurdu:

“Beş şey var ki, unutqanlığı aparar, hafizəni artırar və bəlğəmi yox edər. Onlar bu şeylərdir; 1) misvak etmək (yəni dişləri təmizləmək); 2) oruc tutmaq; 3) Quran oxumaq; 4) bal yemək; 5) süd içmək.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin