Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


Allahdan başqasının adına kəsilən heyvan



Yüklə 6,87 Mb.
səhifə18/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   14   15   16   17   18   19   20   21   ...   173
2. Allahdan başqasının adına kəsilən heyvan. Əti yeyilən heyvan kəsilirkən Allahın adı ilə – “Bis­millah, Allahü Əkbər” deyilərək kəsilir. Bu, bir növ heyvanı yaradan və bizim istifadə və xidmətimizə ve­rən ulu Yaradandan icazə almaq deməkdir. Bu icazə alın­madan heyvan kəsilə bilməz. Ancaq yaddan çıxdığı üçün, Allahın adı deyilmədən kəsilmişsə, zərəri yoxdur.

Allahdan başqasının adı deyilərək və xatırlanaraq kəsilən heyvan əti yeyilməz.



3. Leş, qaydalara uyğun olaraq kəsilmədən ölən heyvan. Boğulmuş, daş, dəyənək və bu kimi şeylərlə vurularaq, başqa heyvanlar tərəfindən buynuzlanaraq öldürülmüş, canavarların yarısını yeyib atdığı hey­vanlar da özü ölmüş heyvanlar kimi qiymətlən­dirilir və yeyilə bilməz. Ancaq bunlar ölməmişdən qabaq kə­silsə, yeyilə bilər.

4. Qan. Kəsilmiş heyvanın vücudundan axan qan yeyilməz. Ancaq dalaq və ciyər kimi orqanlarda qalan qan axmış sayılmaz, dalaq və ciyərlə yeyilə bilər.

Bu haqda “Qurani-Kərim”də belə buyurulur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, do­nuz əti, Allahdan başqasının adı ilə (bismillah de­mədən) kəsilmiş, boğulmuş (küt alət və ya silahla) vu­rulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi hey­vanlar tərəyindən parçalanıb yeyilmiş – canı çıx­ma­mış heyvanlar müstəsnadır – dikinə qoyulmuş daş­lar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurban­gahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır... Kim aclıq üzündən naçar qalarsa, (çətinliyə düşər­sə), günaha meyl etmək niyyətində olmayaraq (zə­rurı ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edən­dir!”. (əl-Maidə, 5/3).

Burada əti yeyilən və yeyilməyən heyvanlar haq­qın­da məlumat vermək faydalı olar.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin