Toyuqlar – ətlik, yumurtalıq və qarışıq (ətlik-yumurtalıq) istiqamətli olur.
Ətlik istiqamətli toyuqlar nisbətən iri ölçülü, ağır kütləli və dolu bədənli olur, boynunun qısa, döşünün enli və qabarıq, ayaqlarının gödək və ətli olmaları ilə fərqlənir. Anacların diri kütləsi 3,4-4,0 kq, xoruzlarınkı 4,5-5,5 kq, çolpa və beçələrinki 3 kq-dək olur. Bir ildə 160 ədədə yaxın yumurta verir.
Yumurtalıq istiqamətli toyuq cinsləri nisbətən kiçik ölçülü, yüngül kütləli, çox cəld və hərəkətlidir. 5-6 aylığında yumurtlayırlar. Ildə 200-300 yumurta verirlər. Anacların diri kütləsi 2,5 kq, xoruzların isə 4,0 kq-a qədər olur.
Qarışıq istiqamətli cinslər ətlik və yumurtalıq istiqamətli cinslərin cütləşdirilməsi nəticəsində əldə edilmişdir. Ətlik göstəriciləri ətlik istiqamətli toyuqlardan aşağı, yumurtalıq toyuqlardan üstündür. 6-7 ayında yumurtlayır. Anacların diri kütləsi 2,5-3,0 kq, xoruzların isə 3,5-4,5 kq arasında olur.
Dostları ilə paylaş: |