Helmintozların müayinə üsulları



Yüklə 51,48 Kb.
səhifə32/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   ...   26   27   28   29   30   31   32   33   34
Parazitologiya

Parafilyarioz

TörədicisiParafilaria multipapillosa. Bu nematod atların dərialtı və əzələarası toxumasında parazitlik edir. Yoğun, ağ rəngli, girdə qurdlardır. Uzunluğu 28-56 mm-ə qədər olur. Parafilyarioz el arasında dəri yarası xəstəliyi də adlanır.

İnkişafı. Parafilyariya biohelmintdir. Aralıq sahibi – qanla qidalanan milçəklərdir. Dəri altı toxumada parazitlik edən parazitlər öz başları ilə heyvanların dərisini və dərinin qan damarlarını zədələyib oradan çıxan qan damlasına yumurta qoyurlar. Bir müddət sonra yumurtadan sürfə çıxır. Sonra milçəklər qan ilə həmin sürfələri udurlar. Udulmuş sürfələr 10-15 gün inkişaf edib milçəyin xortumuna toplaşırlar. Milçək atın dərisi üzərinə qonub qanla qidalandıqda həmin sürfələr xortumdan qana keçir.

Yayılması. Əsasən cənub rayonlarında yayılmışdır. Səhra və meşə-səhra zonalarında yoluxma daha çox olur. Yüksək dağlıq sahələrdə yayılması müşahidə edilməmişdir. Hava istiləşdikcə yoluxmuş atların dərisində yaralar daha da çoxalır.

Əlamətləri. Xəstə atların boyun, çiyin, bel nahiyələrinin dərisində yazın sonu və yay aylarında açıq yaralar və həmin yaralardan qan axması müşahidə edilir. Çox zamanlar yaraların üzəri qan laxtasından əmələ gəlmiş qalın qartmaqla örtülü olur. İş atlarında yaralar tez-tez zədələndiyinə görə xəstəlik ağır keçir.

Diaqnoz. Əsasən kliniki əlamətlərə görə diaqnoz qoyulur. Yaralardan axan qandan bir damla götürüb parafilyariya sürfələrinə görə müayinə etmək olar.

Müalicə işlənib hazırlanmamışdır. Dəridə olan yaraları təmizləmək və simptomatik müalicə aparmaq lazımdır. Əsas profilaktiki tədbir atları milçəklərdən qorumaq lazımdır. Bu zaman atları xlorofos və s.preparatlarla dərmanlamaq lazımdır.

Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin