Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə35/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   31   32   33   34   35   36   37   38   ...   154
Avtonəqliyyat müəssisələrində daha geniş yayılmış zərərli maddələrə tetraetilqurğuşun, polisiklik aromatik karbohidrogenlər, azot oksidləri, karbon monooksid, antifriz və s. aiddir. Bu maddələrlə zəhərlənmələrin qarşısını almaq üçün belə iş yerlərində mütəmadi ventilyasiya sistemi olmalıdır. Benzin, dizel yanacağı kimi zərərli maddələrlə əl, paltar və əşyaların yuyulması yolverilməzdir. Ventilyasiyanın olmaması xroniki zəhərlənmələr səbəb olur ki, bu zaman güclü baş ağrıları, yuxusuzluq əmələ gəlir. Güclü zəhərlənmələr zamanı hətta huşun itirilməsi də ola bilər.

Daha təhlükəli dəmiryolu müəssisələri və məntəqələri neft məhsulları daşıyan sisternlərin yuyulması üçün buxar-yuma məntəqələri, heyvanların və bioloji təhlükəli maddələrin daşınması üçün istifadə olunan vaqonların dezinfeksiya məntəqəsi, şpal hopdurma və çınqıl zavodları, lokomotiv və vaqon depoları sayılır.

İşçilərin təhlükəsiz iş şəraitinin təmin olunması üçün ilk növbədə mənfi amilləri müəyyən etmək; ikincisi onların insana təsirini qiymətləndirmək; üçüncüsü – amillərin məkan-zaman və kəmiyyət xarakteristikalarını təyin etmək; dördüncüsü isə mühafizə tədbirləri görmək lazımdır. Birinci üç məslə mənfi amillərin identifikasiyası mərhələsində həll edilir. Təhlükəli və zərərli amilləri identifikasiya etmək üçün onların müəyyən olunması və təsnifatını bilmək kifayət deyil, onların zərərliliyinin qiymətləndirilmə metodunu da bilmək lazımdır.

İstehsalat şəraitində insanın təhlükəsizliyinin təmin edilməsi prosesində müəyyən metodlardan və mühafizə üsullarından istifadə edilir. Mənfi amillərdən qorunmanın əsas üsulları şəkil 2-də verilmişdir.


Şəkil 2. Mənfi amillərdən qorunmanın əsas üsulları


Zamanla müdafiə neqativ amilin təsiri altında insanın olma müddətinin azaldılmasından ibarətdir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin