Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


İstehsalat sanitariyası işlərinə aşağıdakılar aiddir



Yüklə 1,31 Mb.
səhifə49/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   45   46   47   48   49   50   51   52   ...   154
İstehsalat sanitariyası işlərinə aşağıdakılar aiddir:

  • işçi zonada hava mühitinin sağlamlaşdırılması və mikroiqlimin parametrlərinin normalaşdırlması;

  • işçilərin səs-küydən, vibrasiyadan, elektromaqnit şüalanmasından və s. qorunması;

  • tələb olunan təbii və süni işıqlandırma normativlərinin təmin olunması;

  • müəssisənin ərazisinin, əsas istehsalat və köməkçi tikililərin sanitar tələblərinə uyğun saxlanılması.


İstehsalatda görülən bütün işlər üç kateqoriyaya bölünür:

1. Yüngül işlər – 600 kC/saat əzələ enerjisi və heç bir fiziki gərginlik tələb etməyən oturaq işlər (kC – kilocoul).

2. Orta ağırlıqlı işlər – 600 kC/saatdan yuxarı əzələ enerjisi və 10 kq-a qədər yükqaldırma tələb edən ayaqüstü işlər.

3. Ağır işlər – 1000 kC/saat-dan artıq əzələ enerjisi və 10 kq-dan artıq yükqaldırma tələb edən ayaqüstü fiziki gərgin işlər.

Yüngül işlərdə otağın temperaturu 18 – 21 °C, orta ağırlıqlı işlərdə 16 – 18°C, ağır işlərdə isə 14 – 16° C olmalıdır. Ümumiyyətlə havanın temperaturu 22 – 24 ºC saxlanmalıdır.

İlin soyuq və isti vaxtlarında istehsalat binasının xarakteristikasından və işin kateqoriyasından asılı olaraq iş yerlərində havanın temperaturu, nisbi nəmliyi və hərəkət sürəti normalaşdırılır.

Örtülü istehsalat otaqlarında və iş yerlərində insan orqanizmini həddən artıq qızmadan mühafizə etmək üçün səmərəli ventilyasiyanın təşkili, texnoloji avadanlığın qızmar səthlərinin istilik izolyasiyası, su pərdəsi ilə soyudulması, mühafizə ekranlarının qurulması, istehsal proseslərinin mexanikləşdirilməsi və s. tədbirlər tətbiq edilir.

İstehsalat otaqlarında və maşınların kabinələrində optimal şəraitlərin yaradılmasında ən yüksək nəticə havanın isidilməsi, ventilyasiya və kondensasiyasının təşkili ilə əldə edilə bilər. İşləyənlərin istilikdən mühafizəsi zamanı fərdi mühafizə vasitələrinin düzgün seçilməsi və tətbiqinin böyük əhəmiyyəti vardır.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin