Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Birinci qrupu sanitar-gigiyenik normativlər təşkil edir



Yüklə 1,31 Mb.
səhifə59/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   55   56   57   58   59   60   61   62   ...   154
Birinci qrupu sanitar-gigiyenik normativlər təşkil edir. Onlara zərərli maddələrin (kimyəvi, bioloji, fiziki təsir və s.) ətraf mühitdə buraxıla bilən konsentrasiya hədlərinin müəyyən olunması aiddir. Bu normativlərin məqsədi – ətraf mühitin göstəricilərinin insan sağlamlığına uyğun müəyyən edilməsidir.

Buraxılabilən həddi konsentrasiya (BBHK) – zərərli maddələrin ekosistemin komponentləri tərkibində insana və təbii ekosistemə yaxın və uzaq gələcəkdə zərərli təsir göstərməyən həcm (havanın, suyun və başqa mayelərin) və ya kütlə (ərzaq malları, torpaq) vahidi ilə təyin olunmuş orta miqdarıdır.

Təyin olunma vaxtına görə 20 – 30 dəqiqə ərzində qeyd olunan maksimal birdəfəlik BBHK və orta sutkalıq BBHK var. Maksimal birdəfəlik BBHK insan orqanizmində xoşagəlməyən reflektor reaksiyalar (allergik zökəm, iy hiss etmə və s.), orta sutkalıq isə – zəhərləyici, kanserogen, mutagen təsirlər yaratmamalıdır.

Ümumdünya səhiyyə təşkilatının (ÜST) müəyyən etdiyi siyahıda BBHK havada, suda, torpaqda və ərzaq məhsullarında olan 2500-dən çox müxtəlif zərərli maddələri əhatə edir. BBHK müəyyən ediləndə hesablama metodlarından, bioloji sınaqlardan, sanitar-gigiyenik tədqiqatların nəticələrindən və zərərli maddələr təsir edən şəxslərin dinamiki müşahidələrindən istifadə edilir.

Eyni bir maddənin ətraf mühitin müxtəlif obyektlərindəki BBHK-sı eyni deyil. Məsələn, qurğuşunun və onun qeyri-üzvi birləşmələrin BBHK-sı istehsalat otaqlarının havasında – 0,01 mq/m3; təsərrüfat-içməli su hövzələrində – 0,1 mq/l; torpaqda – 20 mq/kq təşkil edir.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin