Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


İkinci qrupu ekoloji normativlər təşkil edir



Yüklə 1,31 Mb.
səhifə60/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   56   57   58   59   60   61   62   63   ...   154
İkinci qrupu ekoloji normativlər təşkil edir. Bu normativlər zərərli təsir mənbəyinə qoyulan tələbləri müəyyən edir və onun fəaliyyətinin buraxıla bilən həddini məhdudlaşdırır.

Buraxıla bilən həddi tullantı (BBHT) – verilmiş mənbədən zərərli maddələrin havanın yer səthinə yaxın qatında və ya suda insanlar, heyvanlar və bitki aləmi üçün təhlükə yaratmayan buraxıla bilən maksimal miqdarıdır.

Məhz zərərli maddələrin buraxıla bilən tullantı hədlərini müəyyən edən standartlar və onlara nəzarətin yerinə yetirilməsi avtomobillərin istehsalı və istismarı zamanı avtomobil nəqliyyatında yeni təbiəti mühafizə texnologiyalarının tətbiqini nizamlayır. BBHT və BBHK normaları hər bir maddə və mənbə üçün tullanma şəraiti, onların zaman və məkan üzrə yayılması və digər amillər nəzərə alınmaqla müəyyən olunur.

Zəhərli maddələr təhlükəlilik dərəcəsinə görə 4 sinfə bölünür:

1  olduqca təhlükəli (tetra-etil-qurğuşun, qurğuşun, civə və s.);

2  yüksək təhlükəli (manqan, mis, sulfat turşusu, xlorid turşusu və s.);

3  orta təhlükəli (ksilol, metil spirt və s.);

4  az təhlükəli (ammonyak, benzin yanacağı, kerosin, dəm qazı, skipidar, aseton və s.).

Təhlükəlilik dərəcəsindən asılı olaraq hər bir maddə üçün buraxıla bilən konsentrasiya həddi müəyyən olunur.

Küləyin sürəti <3 m/s və temperatur inversiyası olduqda rəsmən əlverişsiz metroloji şərait elan olunur və bu zaman müəssisələr tullantıların azalmasının planlaşdırılan rejiminə keçməlidirlər.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin