Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Atom-Elektrik stansiyalarında (AES) qəzalar



Yüklə 1,31 Mb.
səhifə66/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   62   63   64   65   66   67   68   69   ...   154
Atom-Elektrik stansiyalarında (AES) qəzalar
Bunlardan ən böyüyü 1986-cı ildə Ukraynanın Çernobıl şəhərindəki AES-da baş vermişdir. Orada partlayış olmuş, nüvə reaktoru dağılmış, ətraf mühitə çox sayda radioaktiv maddələr tullanmışdır. Qəzanın aradan qaldırılmasında 600 mindən çox adam iştirak etmişdir.

Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var, çünki o zaman ölkəmiz Sovetlər Birliyinin tərkibində idi. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün "Sarkofaq" tikintisində 129 Azərbaycan vətəndaşı iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.

Hadisə zamanı 7000-ə yaxın insan həlak olmuş, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olmuş, on minlərlə insan isə sonsuz qalmışdır. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

Daha bir ağır texnogen faciə 2011-ci ildə Yaponiyanın Fukusima şəhərində baş vermiş zəlzələ və sunaminin təsirindən olmuşdur. Fukusima-1 AES-də baş verən qəza nəticəsində ətraf mühit zəhərlənmiş, çoxlu sayda insan ölmüşdür. 146 min əhali öz yurdundan köçürülmüşdür. Radiasiya hava, dəniz və torpağa sızmışdır. Onun əlamətləri hətta stansiyadan uzaqlarda da özünü göstərmişdir, yeyinti məhsulları və sular da radiasiyaya məruz qalmış, zəhərlənmişdir. İqtisadi itkilər 100 milyard dolları açmışdır.

Cənubi Qafqazda da atom faciəsi təhlükəsi vardır. Bu da Ermənistanın Metsamor AES-dir. O sovetlər dönəmində qurulmuş, avadanlığa köhnəlmiş bir obyektdir. Orada qəzanın baş vermə ehtimalı çox böyükdür. “Metsamor” AES-i təkcə Cənubi Qafqaz bölgəsi deyil, daha böyük ərazilər üçün təhlükə mənbəyidir. Burada baş verə biləcək qəza daha geniş əraziyə təsir edə bilər. Belə olarsa Azərbaycan üçün də bu stansiya təhlükə mənbəyidir. Azərbaycan hökuməti beynəlxalq təşkilatlara bu təhlükə haqqında dəfələrlə xəbər verib, bu gündə onun bağlanmasını tələb edir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin