Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Nəqliyyatda baş verən texnogen qəzalar



Yüklə 1,31 Mb.
səhifə67/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   63   64   65   66   67   68   69   70   ...   154
Nəqliyyatda baş verən texnogen qəzalar ətraf mühit və insan həyatı üçün çox böyük təhlükə mənbəyidir, bu qazalar ətraf mühitə zərərli kimyəvi və radioaktiv maddələrin atılması ilə müşahidə olunur.

Nəqliyyatda baş verən fövqəladə halların əsas xarakterik xüsusiyyətlərindən biri də onların formalaşma tempidir. Təcrübəyə əsasən, davam etmə müddətinə görə

(əmələgəlmə səbəbindən tutmuş kulminasiya nöqtəsinə qədər) bütün fövqəladə halları iki qrupa - «partlayışlı» və “rəvan” fövqəladə hallara bölmək olar. Birinci tip fövqəladə hadisələrin davam etmə müddəti bir neçə saniyədən bir neçə saata qədər ola bilər. Belə ekstremal hallara neft və qaz kəmərlərində baş verən qəzaları misal gətirmək olar.

Nəqliyyatda baş verən texnogen qəzalardan biri də 1989-cu il iyulun 3-dən 4-nə keçən gecə Başqırdıstan Respublikasında baş vermişdir. Bu texnogen qəzanın əmələ gəlmə mərhələlərinə nəzər salaq. Həmin gecə neft daşıyan Qərbi Sibir - Ural Povolјye boru kəməri xəttində çat əmələ gəlmiş və təzyiq altında axan yüngül karbohidrogen məhsulları ətrafa dağılmışdır. Kəmərdə baş verən texniki qəza nəticəsində ətrafa, təxminən 11.000 tona yaxın neft məhsulu axmışdır. Çat əmələ gələn yerdən dəmir yolu xəttinə qədər olan məsafə 300-500 metr təşkil etməsinə baxmayaraq, qarşı-qarşıya hərəkət edən iki qatarın keçməsi zamanı təsadüfi yaranan qığılcımdan karbohidrogen məhsulları buxarları ilə hava qarışığının partlayışı baş vermişdir. Texnogen fəlakət nəticəsində 573 nəfər həlak olmuş, 693 nəfər isə yaralanmışdır.

Ümumi fövqəladə hallar içərisində öz ağır sosial-ekoloji nəticəsi ilə seçilən texnogen (antropogen) qəza və fəlakətlər 15-20% təşkil edir. Magistral neft-qaz kəmərlərində, dəmir yolu nəqliyyatında, müxtəlif tikinti sahələrində, kimyəvi obyektlərdə, daş kömür şaxtalarında baş verən texnogen qəzalar daha ciddi sosial-ekoloji nəticələrə gətirib çıxarır. Təkcə, 1991-1995-ci illərdə boru-kəmər nəqliyyatında, xüsusən neft kəmərlərində, orta hesabla, hər il 20 min müxtəlif kateqoriyalı qəza qeydə alınmışdır ki, bu da torpağın və təbii su hövzələrinin çirklənməsinə, eləcə də 1mln. ton neft itkisinə səbəb olmuşdur. Araşdırmalar göstərir ki, ekoloji qəzaların yaranmasında mühüm rol oynayan amillərdən biri də açıq neft və qaz fontanları, eləcə də səmt qazlarının çoxsaylı məşəlləridir.

Nəqliyyatda baş verən fövqəladə hallardan biri də 1994-cü ildə Rusiya Federasiyasının Komi Respublikası ərazisində Xaryaqa – Usinsk neft kəmərində baş vermiş qəzadır. Qəza nəticəsində 80 min ton neft ətrafa dağılaraq 69 ha ərazini çirkləndirmişdir.

Miqyasına görə regional fövqəladə hal hesab edilən nəqliyyat hadisələrindən biri də 1997-ci ildə Saratov vilayətinin Ternovka qəsəbəsində Samara – Tixoretsk neft kəmərində baş vermişdir. Hadisə zamanı ətraf mühitə 1500 ton (quru hissəsinə), su obyektlərinə isə 600 ton neft dağılmışdır ki, nəticədə həmin ərazilərdə təhlükəli ekoloji şərait yaranmışdır.

Ümumiyyətlə, statistik araşdırmalara görə təkcə, 1994-1998-ci illərdə dünyada hər gün sərnişin və yük qatarlarında 8-15 iri qəza baş vermişdir. Dəmiryol maqistrallarında baş verən qəzalar zamanı əsas sosial-ekoloji təhlükə mənbəyi həssas (odatəhlükəli, partlayıcı, kimyəvi) yüklərin daşınması ilə əlaqədar olmuşdur. Hələ 1979-cu ildə Kanadanın Mississauqa şəhərində dəmir yolunda baş verən qəza nəticəsində ətraf mühitə çoxlu xlor dağılaraq 125 km2 ərazidə fövqəladə ekoloji şərait yaratmışdır ki, bunun nəticəsində də dövlət, təhlükəli olan bu ərazidən 240 min insanı evakuasiya etməyə məcbur olmuşdur.

Hesablamalara görə hadisə zamanı yaranan ümumi ekoloji zərər 1 mln. funt sterlinq həcmində olmuşdur.

Araşdırmalara əsasən demək olar ki, inkişaf etməkdə olan və keçid iqtisadiyyatını yaşayan ölkələrin tikinti və nəqliyyat sektorunda baş verən qəzaların sayının artmasının əsas texnoloji səbəbləri aşağıdakılarla xarakterizə olunur:

- əsas istehsal fondlarının köhnəlməsi və aşınması;

- istehsal və texnolojı intizamın zəifləməsi;

- mövcud texnologiyanın tələbata cavab verməməsi;

- bəzi müəssisələrdə zəruri normativ-hüquqi bazanın olmaması;

- fövqəladə halların fəaliyyətdə olan xəbərdarlıq sisteminin tələbata cavab verməməsi.

Bütövlükdə tikinti və nəqliyyatda baş verən texnogen və antropogen mənşəli ekoloji qəzalar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə törədən sosial-ekoloji nəticələrə səbəb olur. Ona görə ki, texnogen və antropogen mənşəli qəzalar nəticəsində təbii ekosistemlərin tarazlığının pozulması və bioaləmin çoxlu komponentlərinin məhv edilməsi, bəzən bərpa olunmaz xarakter daşıyır. Müxtəlif ölkələrin tikinti və nəqliyyat sektorlarında texnogen qəzaların çoxalması ətraf mühitin qorunması və insan sağlamlığının bərpasına qoyulan xərclərin artımına səbəb olur.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin