Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə75/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   71   72   73   74   75   76   77   78   ...   154
Akkumulyator işləri. İşlərin həcminə görə akkumulyator sexi – təmir; batareyaların doldurulması; elektrolitin hazırlanması; sulfat turşusu və distillə olunmuş suyun saxlanması; doldurucu aqreqat və şitlərin (elektrik ölçü cihazı ilə birlikdə) yerləşdiyi maşın şöbələrindən ibarət olur.

Akkumulyator batareyalarının təmiri zamanı işçilər qurğuşun və onun birləşmələri ilə təmasda olur ki, onların tozu və buxarı peşə xəstəliyi və ya zəhərlənməyə səbəb olur. Zəhərlənmədə qusma, mədə ağrıları, huşun itməsi baş verə bilir. Belə hallarda mədəni yumaq, süd içirtmək və həkim çağırmaq lazım gəlir.

Akkumulyator batareyasının doldurulması zamanı hidrogen ayrılaraq havanın oksigeni ilə partlayış və yanğın əmələ gətirə bilər. Təmir və doldurma şöbələrində hökmən ventilyasiya qurğusu yerləşdirilməlidir.

Akkumulyator batareyasının doldurulması şöbəsində açıq odla iş görmək, siqaret çəkmək, kibrit yandırmaq və s. qadağandır. İşçilərə pambıq parçadan kostyum (turşuya davamlı maddə hopdurulmuş), rezin önlük, qısa rezin çəkmə, mühafizə eynəkləri və rezin əlcəklər verilməlidir.

Elektrolit sulfat turşusu ilə distillə olunmuş suyun 1:2 nisbəti ilə qarışığından ibarətdir. Hazırlanma zamanı turşu su üzərinə tökülür. Turşu buxarı ilə zəhərlənmə zamanı zərərçəkən soda məhlulu buxarı ilə tənəffüs etməlidir. Dəriyə elektrolit düşdükdə həmin nahiyə güclü su şırnağı ilə tez yuyulmalı, sonra isə 10 %-li çay sodası məhlulu ilə neytrallaşdırılmalıdır, göz isə 2 – 3 %-li çay sodası məhlulu ilə neytrallaşdırılır.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin