Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə76/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   72   73   74   75   76   77   78   79   ...   154
Rəngləmə işləri. Avtomobil müəssisələrində rəng materialları tərkibini əsasən lak-rəng örtüyü təşkil edir ki, ondan rəngin zəhərli aerozolu və qarışdırıcının buxarı ayrılır. Bunlar insan orqanizminə zərərli təsir göstərir – dəri xəstəliyi, baş ağrısı və selikli qişada qıcıqlanma yaradır. Sexdə lak-rəngləmə materialının saxlanan ehtiyatı sutkalıq ehtiyacdan artıq olmamalıdır.

Pulverizatorla rəngləmə zamanı dumanvarı mühitin məhdudlaşdırılması məqsədi ilə pulverizatorlu səthə perpendikulyar vəziyyətdə olmaqla, səthdən 50 – 60 sm uzaqlıqda tutulur. Sıxılmış havanın işçi təzyiqi 0,4 MPa-dan artıq olmamalıdır. Tez quruyan və zəhərli materiallardan mühafizə üçün işçilər maska və eynəklərdən istifadə etməlidirlər. Rəngləmə prosesində 18 yaşından aşağı gənclərin və dəri xəstəliyi olanların işləməsinə icazə verilmir.



Qalvanik şöbə. Qalvanik sexlərdə həyata keçirilən texnoloji əməliyyatlar sabit cərəyanın tətbiqi ilə mümkün olan kimyəvi və elektrokimyəvi proseslərə əsaslanır. Qalvanik örtük üç növ elektolitlərlə alınır: sianid-qələvi, turşu və qələvi ilə.

Qalvanik şöbə avtotəmir müəssisəsinin təhlükəsizlik texnikası və istehsalat sanitariyası baxımından ən zərərli şöbəsi hesab olunur. Burada texnoloji proses insan sağlamlığına zərərli təsir göstərən (buxar, qaz, toz və izafi nəmlik) maddələrin ayrılması ilə həyata keçir. Ona görə də avtotəmir zavodlarının layihələndirilməsi zamanı şöbənin yerinin seçilməsinə, binanın yerləşdirilməsinə, binanın sahəsinə, avadanlıqlarının növünə, isitmə və ventilyasiya sisteminə xüsusi fikir verilməlidir.

Binanın normal hündürlüyü 5 m nəzərdə tutulur, divarının döşəmədən (keramika və ya şüşə plitəli) hündürlüyü 2 m olmalıdır.

Qalvanik şöbədə işlərin icrası zamanı vannadan turşu, qələvi və nəmlik buxarı, həmçinin abraziv tozlar ayrılır ki, onların zonadan uzaqlaşdırılması üçün güclü ventilyasiya sistemi lazım gəlir. Ventilyasiyada havanın hərəkət sürəti 9 – 10 m/san, ventilyasiya şkafında isə 1,5 m/san olmalıdır.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin