Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə79/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   75   76   77   78   79   80   81   82   ...   154
Avtomobilin aktiv təhlükəsizliyi – avtomobilin, sürücüyə yol nəqliyyat hadisəsinin (YNH) qabağını almağa (YNH-nin baş vermə riskini azaltmağa) imkan verən xüsusiyyətidir. Aktiv təhlükəsizlik avtomobilin konstruktiv təhlükəsizliyinin tərkib hissələrindən biri olmaqla bərabər, nəqliyyat vasitəsinin kompleks istismar xüsusiyyəti hesab olunur və avtomobilin istismar xüsusiyyətləri bölməsində öyrənilir. Nəqliyyat vasitələrinin aktiv təkhlükəsizliyini müəyyən edən xüsusiyyətlər aşağıdakılardır:

  • tormoz xüsusiyyətləri;

  • idarə olunma qabiliyyəti;

  • dəyanətlilik;

  • dartıcı-sürət xüsusiyyətləri.

Şəkil 1. Nəqliyyat vasitələrinin konstruktiv təhlükəsizliyinin strukturu



Passiv təhlükəsizlik – avtomobilin YNH-si zamanı hərəkət iştirakçılarının həyatına və sağlamlığına dəyən zərərin qarşısını alınması və azaltması (zədə alma, ölüm, əmlakın itirilmə riskinin azaldılması) xüsusiyyətidir. Avtomobilin passiv təhlükəsizlik səviyyəsi zərbəyə davamlılıq xüsusiyyətləri və alışma ilə xarakterizə oluna bilər. Avtomobilin passiv təhlükəsizliyi sisteminə onun konstruksiyasının möhkəmliyi (bir sıra elementlər çox möhkəm materialdan, digərləri daha yumşaq, bəziləri isə yumşaq materiallardan hazırlanır), zərbənin kuzov üzrə paylanması, sürücü və sərnişin yerlərinin zərbədən qorunması, təhlükəsizlik qayışları və yastıqları, salonda çıxıntılı elementlərin olmaması, külək şüşəsinin qəlpələnməyən hazırlanması, zədə təhlükəsiz sükan kolonkaları, bamperlər, başaltılar və s. qeyd etmək olar.

Xarici və daxili passiv təhlükəsizlik anlayışından istifadə olunur. Daxili passiv təhlükəsizlik sürücü və sərnişinlərin zədələnməsini azaldır, xarici passiv təhlükəsizlik digər hərəkət içtirakçılarına dəyən zərəri azaldır.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin