Orqanizm nəfəs almadıqda ona süni nəfəs verilir:
• bu zaman zərərçəkənin ağzını açaraq, yad cisimlərdən təmizləmək;
• zərərçəkəni arxası üstə uzadaraq onun çıxarılması mümkün olan paltarlarını çıxarmaq və başını arxaya əymək lazımdır ki, dili qırtlaq yolunu tutmasın.
• zərərçəkənin burun deşiklərini tıxayıb, dərindən nəfəs alaraq öz ağzınzı tənzifin üstündən onun ağzına bərk sıxın və sinəsi qalxana qədər güclü nəfəs verin.
• əgər zərərçəkənin təkcə nəfəsi deyil, nəbzi dayanmışsa bu zaman yalnız süni nəfəs verməklə ilk tibbi yardım göstərmək mümkün deyil, belə hallarda qan dövranının süni yolla bərpa edilməsi üçün ürəyin zahiri masaj edilməsi vacibdir.
• zərərçəkənin yan tərəfində dizlərinizin üzərində oturaraq onun döş qəfəsinin aşağı qurtaracağını əlinizlə tapın, iki barmaq yuxarı ovçunuzun içini və onun üstündən o biri əlinizin ovcunu düz bucaq altında yerləşdirin. Bu zaman barmaqlar döş qəfəsinə toxunmamalıdır. Gövdənizin ağırlığının köməyi ilə ritmik təkanlı təzyiqlər edin. Hər təzyiqdən sonra qollarınızı boşaldın, lakin əllərinizi zərərçəkənin döş qəfəsinin üstündən götürməyin.
• hər 4-6 zərbədən sonra 2 san. fasilə edilir ki, bu zaman süni nəfəs verilir.
Şəkil 4. Döş qəfəsinin masajı və süni nəfəs
Zədələnmiş adam sərbəst və müntəzəm nəfəs almağa başladıqdan sonra ona süni nəfəs vermək lazım deyil, çünki bu halda süni nəfəs verilməsinin davam etdirilməsi ona zərər verə bilər.
Dostları ilə paylaş: |