HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə21/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   17   18   19   20   21   22   23   24   ...   170
HEKAYƏTИ-ÜXRA
Bir hekayət diŋlə şimdi bu məhəl,

Bu hədisiŋ üstə gəlmişdir məsəl.

Gör ki, İbrahim Ədhəm neylədi,

Təxtü taci necəsi tərk eylədi.

Tövbəsinə gör ki, nə düşdi səbəb,

Diŋləyübən bu sözi qılgil əcəb.

Ləşkərini cəm’ edüb bir gün təmam,

Avə çıxmışdı məgər kim ol hümam.

Düşdi bir yerdə rəvani ol əziz,

Süfrə açıldı ögində tez-tez.

Əl uzatdı, ta ki ol yeyə təam,

Diŋlə imdi qissəsini, ey hümam.

Bir qürab endi həvadən dər-zəman,

Süfrədən bir ətməgi qapdı rəvan.

Götürüb uçdi rəvan suyi-həva,

Gördi İbrahim anı, qaldı taŋa.

Durdı ol dəm atına oldı səvar,

Ol quşiŋ ardınca getdi bərqvar.

Gözlədi ol quşi anda ol qədər,

Çıxdı ol bir dağ başına məgər.

Qayib oldı orada çün ol qürab,

Sürdi ardınca rəvan, edüb şitab.

Çıxdı İbrahim ol dağ üstinə,

Görmək istərdi qürabi dəstinə.

Dağə çıxdı, dört yaŋə qıldı nəzər,

Baxubən çünki qaranlusin görər.

Çünki gördi, qəmçi urdı atına,

Ta ki yaxun gəldi anıŋ qatına.

Uçdi quş, getdi həvayə dər-zəman,

Gördi İbrahim yerində bir cəvan.

Bağlamışlar əlin-ayağın anıŋ,

Gördi İbrahim çün ol çağın anıŋ.

Arxası üstə buraxmışlar anı,

Gördi sultan çün anı, yandı canı.

Atdan endi, bəndini rəf’ eylədi,

Ol bəlalərni rəvan dəf’ eylədi.

Ol kişiniŋ halını qıldı sual,

Dedi sirriŋi əyan et, noldı hal?

Bu nə halətdir ki, uğramış saŋa,

Bilim halın, bəyan eylə maŋa.

Ol kişi dedi aŋa ki, diŋləgil,

Halımı təqrir edəyim aŋləgil.

Tacir idim,-dedi, ey şahi-cəhan,

Üstümə gəldi hərami nagəhan.

Qamu əsbabımı yəğma qıldılar,

Məni mundə bağlayubən saldılar.

Yeddi gündür mundəyəm mən, ey ulu,

Budur əhvalım, eşit, ey nikxu.

Ol qürab hər gündə bir ətmək maŋa,

Alubən gəlür, maŋa eylər qida.

Oturur köksümüŋ üstə dər-zəman,

Anı qıynağı ilən doğrar rəvan.

Löqmə-löqmə ağzıma verür anı,

Yeddi gündür böylə saxlar ol məni.

Gör ki, bu viranədə ol dadgər

Rizqimi kəsməz mənim, ey mö’təbər.

Gördi İbrahim çün ol halı əyan,

Tövbə qıldı, Həqqə döndi dər-zəman.

Düşdi atından çıxardı rəxtini,

Tərk qıldı cümlə tacü təxtini.

Qullarını cümlə azad eylədi,

Üqba içün özinə zad eylədi.

Vəqf qıldı cümlə əmlakin təmam,

Gəncini bəxş eylədi baxassü amm.

Bir əba qıldı cəhandə ixtiyar,

Bir əsa aldı əlinə şəhriyar.

Kəbəyi arzu qılub düşdi yola,

Dəxi rəğbət qılmadı altun-pula.

Quti-yövmi almadı özinə zad

Xoş təvəkkül qıldı Həqqə e’tiqad.

Bir gün ac qoymadı anı ol Xuda,

Kəbəyi qıldı təvaf ol barha.

Qıldı Allahə təvəkkül ol hümam,

Dünyadən ol hal ilə keçdi təmam.

Eylə tərk etdügi içün ol qəni,

Övliyanıŋ sərvəri etdi anı.

Ya İlahi, lütfiŋ ilə qıl nəzər,

Qullarınıŋ halına, ey dadgər.

Sən olardan bizi məhrum eyləmə,

Dünyəvü üqbadə məzmum eyləmə.

Bizə fəth eylə qənaət qapusin

Köŋlümizə ruzi qıl elmül-yəqin.






Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin