HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə51/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   47   48   49   50   51   52   53   54   ...   170
ƏL-HƏDİSÜL-İŞRUN
استحیو من الله حق الحیاء قال فقلنا یانبي الله انانستحی قال لیس ذلک استحیاء ولکن من استحی من الله حق الحیاء فلیحفظ الراس وما حوی والبطن وماوعی ولیذ کرالموت والبلا ومن اردالا خرة ترک زینة الحیوة الدنیاو اثر الاخرة علی الاولی فمن فعل ذلک فقط استحی من الله تعالی حق الحیاء ثم قال النبی علیه الصلوة والسلام الحیاء من الایمان 20
Bu igirminci hədisi diŋlə sən,

Canına rəhmət irişür aŋləsən.

Ravisidür İbn Məs’ud bu söziŋ,

Can qulağilə eşit, dəvşür öziŋ.

Həzrəti-Həqdən dedi qılıŋ həya,

Kəndü həqqincə bəqayət müntəha.

Biz dedük kim, ya rəsulüllah qamu,

Edərüz Həqdən həya kiçi-ulu.

Mustəfa aydur kim, ol həya dögül,

Ol həya mən söylədügim budurur.

Leyk hər kim Taŋrıdan eylər həya,

Saxlaya başını əz kübrü həva.

Qarnını dəxi həramdən dur edə,

Kini köŋlindən çıxara nur edə.

Gecə-gündüz həm ölümin yad edə,

Həm bəla vəqtində köŋlin şad edə.

Hər kişi dilərsə üqba dövlətin,

Dünyanıŋ tərk edə külli şöhrətin.

Kim ki bu xislətləri işlər müdam,

Ol həya etmiş ola Həqdən təmam.

Həm yenə dedi Məhəmməd Mustəfa,

Hər kişiniŋ kim, həyası olmaya,

Əhli-imanəm desə, düz gəlməyə.

HEKAYƏT
Bu hədisə həm münasibdir yenə,

Xoş nəsihətdir muni dinləyənə.

Mustəfa qatinə bir xatun kişi,

Gəldi görgil kim, netə oldi işi.

Ağlayubən söylədi, ya Mustəfa,

Bir ulu cürm etmişəm, qılgil dua.

Bilməyib mən işləmişəm bir günah

Həzrətində Həqqiŋ oldum rusiyah.

Mustəfa aydır: yeri-var tövbə qıl,

Cürmiŋi əfv edə cəbbarü cəlil.

Dedi: Tövbə eyləyəm mən, ya rəsul,

Həqq bilürəm tövbəmi eylər qəbul.

Yer yüzində eyləmişəm mən günah,

Ol günahimə mənim olmış güvah.

Şahid olur ruzi-məhşər ol maŋa,

Ya Məhəmməd, bir dəva eylə muŋa.

Pəs aŋa ol dəm yenə dedi rəsul,

Şad dutgil köŋliŋi, qılma məlul.

Şahid olmaz ol saŋa ruzi-şümar

Kim, kəlamində deyipdir Kirdigar.

Rusi-məhşər cümlə təbdil ola yer,

Gördügin yerlər bir özgə ola yer.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin