HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


انما اموالکم واولادکم فتنة والله عنده اجرعظیم



Yüklə 3,06 Mb.
səhifə56/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   52   53   54   55   56   57   58   59   ...   170
انما اموالکم واولادکم فتنة والله عنده اجرعظیم





ƏL-HƏDİSÜS-SALİS VƏL-İŞRUN
مامن عبد من امتی اذا اصبح فقرأ اثنی عشر مرات آیة الکرسی ثم توضا وصلی الفجر حفظ الله من شر الشیطان وکان بمنزلة من قرا جمیع القرآن ثلث مرات وتوج یوم القیمة بتاج من نور یضی لاهل الدنیا کلها فقلت یارسول الله فی کل یوم قال لا بل فی کل یوم الجمعة فانها یجز یک من دهرک فی جمعة مرة وعلی هذا 23
Bistü seyyom ərbəindən budurur,

İçi dürlü gövhəri-lölöüdürur.

İbn Malikdən rəvayətdir yenə,

Xoş xəbərdir sidq ilən diŋləyənə.

Der Ənəs kim dedi ol xeyrül-bəşər,

Ənbiya xətmi, rəsuli-mö’təbər.

Ümmətimdən hər kişi durub səbah,

Uyxusından oyanub bulsa fəlah.

Ayətül-kürsi oxuya başümar.

On iki kərə basükunü bavüqar.

Pəs durubən alsa şol dəm dəstəmaz,

Qılsa ol dəmdə nəmazın baniyaz.

Saxlar anı şərri-şeytandan Çələb,

Azdura bilməz necə qılsa tələb.

Necə cəhd etsə ləini-rusiyah,

Azdura bilməz olubən kinəxah.

Cövri-şeytandən yenə ola əmin,

Böylə demişdir rəsuli-pakdin.

Ol qədər verür səvab aŋa cəlil,

Xətmi-Qur’an etmiş ola, eylə bil.

Ruzi-məhşər çünki qəbrindən dura,

Başına nurdan anıŋ Həqq tac ura.

Şö’lə verə əhli-imanə təmam.

Nuri-İlah şövqindən anıŋ xassü amm,

Pəs Ənəs dedi yenə kim, ya rəsul,

Hər gün oxımaq gərəkmi söylə ol.

Mustəfa dedi ki, hər cümə güni,

Hasil olur ol səvab aŋa yəqin,

Bu, yəqindür, dutma şəkk, ey pakdin.

İldə bir cümə güni dəxi yenə

Gər oxırsa, irişür həm müzdinə.
HEKAYƏT
Diŋlə imdi, ey Məhəmməd ümməti,

Bir hekayət, gedə köŋliŋ kürbəti.

Xoş bəşarətdir bu söz möminlərə,

Ol Məhəmməd ümmətinə yeksərə.

Nişə kim, əvvəlki peyğəmbərlərin,

Ümməti öŋdin keçən sərvərlərin

Kim, olurdı əqli həm fəhmi qəlil,

Bu sözə gər istəsəŋ, çoxdur dəlil.

Ənbiyayə bil inanmazlar idi,

Sözlərini doğru sanmazlar idi.

Görməyincə dürlü-dürlü mö’cüzat,

Necə ayat ilə dürlü bəyyinat.

Eylə ki söylərdi Musa ümməti,

Kim, anı qəmgin edərlərdi qatı.

Derlər idi Taŋrıyı bizə əyan,

Göstər, ey Musa, anı bəllü-bəyan.

Həm yenə bir gün dedilər kim, degil,

Heç uyarmı Taŋrı bizə söyləgil.

Var idi Tövrat içində yazılu,

Taŋrı uymaz, həm ımızğanmaz deyü.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin