HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


ƏL-HƏDİSÜL-XAMİS VƏL-İŞRUN



Yüklə 3,06 Mb.
səhifə59/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   55   56   57   58   59   60   61   62   ...   170
ƏL-HƏDİSÜL-XAMİS VƏL-İŞRUN
عبدالصمد بن الحسان قال کنت عنده سفیان الثوری رضی الله تعالی عنه اسمع منه هذا الحدیث فکنت فی المسجد یوما فصلیت المغرب معه فدخل البیت ثم خرج الی وبیده رغیف وعلیه زبیب بقدر کف فاغتنمت خلوته فقلت رحمک الله لو انبسطت الی الناس فیاتیک الشریف والوضیع والغنی والفقیر فیستمعون منک الحدیث و یحملون عنک الحدیث فقال الی سفیان ای الرجل عندک منصور قال قلت امام ثقة مامون قال فای الرجل عندک ابراهیم النخعی قال قلت امام من امة المسلمین قال فای الر جل عندک علقمة بن قیصر وعبدالله بن مسعود قال قلت من افاضل اصحاب رسول الله25
Ərbəindən bil ki, budur bistü pənc,

Lə’lü gövhərdir sərasər dürlü gənc.

Muni Həssan oğlı–ol Əbdüssəməd

Eylədi Süfyan Səvəridən sənəd.

Dedi Süfyanıŋ yanında bir gecə,

Hazir oldum, diŋləgil imdi necə.

Müqərrəb qıldux anıŋ ilə bilə,

Həqq sözini dəmbədəm alub dilə.

İxtiyar etdim mən anıŋ xəlvətin,

Həm qənimət dapdım anıŋ söhbətin.

Pəs dedim qılsun saŋa Həqq rəhməti.

Görməgil hərgiz qəm ilə möhnəti.

Nola gər lütf eyləyüb, ey yüzi mah,

Xəlq arasinə çıxasən gah-gah.

Xidmətiŋə irişə kiçi-ulu,

Bay-yoxsul, hər nə kim vardur qamu.

Mustəfadən nəql edəsəŋ sən xəbər,

Necə buyurmışdır ol xeyrül-bəşər.

Eşidüb səndən alalar faidə,

Açasaŋ xani-ləbiŋdən maidə.

Mustəfanıŋ sözlərin yad edələr,

Özlərinə ol gunə zad edələr.

Muni eşitdi, dedi Süfyan maŋa,

Bir hədis nəql edəyim, diŋlə saŋa.

Dedi necə kişidir, maŋa degil.

Kim, səniŋ zənniŋdə Mənsur, söyləgil.

Mən dedüm ki, bir imamdır ol əmin,

Pişvadır ümmətə ol pakdin.

Dedi İbrahimi dəxi söylə sən,

Necə kişidir maŋa şərh eylə sən.

Pəs yenə mən söylədim ki, ol hümam

Pişvadır ümmətə, həm həqq imam.

Dedi ki, bilürmisəŋ sən, ya əxi,

İqlimə ilə İbn Məs’udi dəxi.

Necə kişidür olar, vergil xəbər,

Kim, xəyalıŋda səniŋ, ey mötəbər.

Mən dedüm ki, diŋləgil, ey doğru yar,

Olur əshabıŋ ulusından olar.

Pəs dedi Süfyani-Səvri diŋləgil,

Edəyim məqsudi şimdi aŋləgil.

Kim, maŋa Mənsur vermişdür xəbər,

Ol dəxi İbrahimdən eşitmiş məgər.

İlqimədən dedi İbrahim dəxi,

Kim, eşitdim bu hədisi, ey əxi.

İlqimə dəxi dedi ki, həmçinan,

İbn Məs’uddən eşitdim mən əyan.

Dedi Abdullah bin Məs’ud yəqin,

Mustəfadən nəql edüb, ey pakdin.

Mustəfa dedi: Xudayi-zülcəlal

Cənnəti-ədni yaratdı bimisal.

Cəbrailə əmr qıldı ol cəlil,

Söylədi kim, yeri-var, ya Cəbrail,

Cənnəti-ədnə varub qılgil nəzər,

Vəsfini bilgil anıŋ, diŋlə xəbər.

Qullarımçün nə yaratdım anda mən,

Var təmaşə eyləyüb fikr eylə sən.

Cəbrail çün vardı, girdi cənnətə,

Uğradı anda firavan ne’mətə.

Hurilərdən birisi çıxdı nagah,

Kim, göründi Cəbrailə həmçu mah.

Qıldı xəndə Cəbraili gördi çün,

Diŋlə imdi sən yenə, ey rəhnəmun.

Dişilərniŋ şö’ləsindən nagəhan,

Doldı cənnət nur ilə ol dəm rəvan.

Görgəc anı, səcdə qıldı Cəbrail,

Anı sağındı məgər nuri-cəlil.

Yenə ol huri aŋa qıldı nida,

Ya Əminüllah,-deyü söylər aŋa.

Başıŋı qaldur,-dedi sən bu zəman,

Cəbrail başını qaldurdı rəvan.

Dedi sübhanü qədimü cülcəlal,

Kim, səni yaratmış ola bimisal.

Pəs dedi ol huri anda, ya əmin,

Sən bilürmisən ki, Rəbbülaləmin

Kimiŋ içün ol yaratmışdır məni,

Lütfü ehsani yögüş həyyü qəni.

Dedi kimüŋçün yaratmışdır, degil,

Kim, muni bildir maŋa, şərh eyləgil.

Pəs dedi ki, diŋləgil, ya Cəbrail,

Kim, məni xəlq eyləmişdir ol cəlil.

Ol kişi içün ki, ol leylü nəhar

Eyləyə Həqqiŋ rizasin ixtiyar.

Tərk edüb nəfsi, həvasini qoya,

Canü dildən Həqqiŋ əmrinə uya.

Mustəfadən qıldılar bir dəm sual,

Cənnətiŋ keyfiyyətindən bu məcal.

Kim, nədən oldı binası cənnətiŋ,

Söylə vəsfini o dari-rəhmətiŋ.

Söylədi ol dəmdə ol fəxri-cəhan,

Diŋliŋ, mən söyləyim, ya möminan.

Nüqrədir bir kərpuci, biri qızıl,

Balçıqıdır müşki-əzfər, bəllü bil.

Zə’fərandır topraği, daşi göhər,

Həm yenə yaquti-əhmər, bil xəbər.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin