HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə66/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   62   63   64   65   66   67   68   69   ...   170
Bistü həftüm ərbəindən uşbudur,

Kim, qulağə almaludur uşbu dürr.

Əkrəmədir bu hədisi söyləyən,

Uşbu sözi oldurur nəql eyləyən.

İbn Abbasdandır uşbu xəbər,

Böylə buyurmış yenə ol mö’təbər.

Der eşitdim Mustəfadən bu sözi,

Kim, xəbər verdi maŋa ol kəndözi.

Dedi, çün ola qiyamət saəti,

Məhşərin kim, heybəti ola qatı.

Bir qulıŋ ki, sora ə’malın İlah,

Gör anıŋla nə qılur ol padşah?

Xəlq ilə anıŋ arasına çəkər,

Bir hicabi ol Xudayi-dadgər.

Kimsəniŋ halını kimsə bilməyə,

Ta anıŋ eybinə kimsə gülməyə.

Pəs səvabınıŋ kitabıŋ ol zəman,

Çıxarub sunar əlinə nagəhan.

Çün kitabında görər ə’malını,

Xeyr işdən qılduğı əfa’lını.

Həqq sorar kim, bu kitabıŋda degil,

Nə göründi, gizləmə, şərh eyləgil.

Pəs der kim, ya İlahülaləmin,

Qılduğim xeyr səvabimdir yəqin.

Həqq aydır ki, doğru söylə, yüzləmə,

Varmıdır nöqsani anıŋ, gizləmə.

Əvvəl-axir qılduğıŋ xeyrü səvab,

Zərrə misqalincəsən min-külli-nab.

Varmı kim, yazılmamış ola muŋa?

Doğru söylə sözüŋi şimdi maŋa.

Ayda ki, ya Rəbb, nöqsan olmamış,

Qalmamışdır xeyr işim yazılmamış.

Pəs günahıŋ kitabını sunar,

Ayda kim muŋa dəxi qılgil nəzər.

Aluban çünkim, nəzər qıla aŋa,

Görə anda qılduği cürmü xəta.

Həqq ayda ki, bu günahıŋda degil,

Nə görərsəŋ, anı dəxi şərh eyləgil.

Pəs ayda bu namədə ki, hər nə var.

Heç birisin tanıman, ey Kirdigar.

Bu səvabıŋ birisini qıldım.

Dəxi xandan yazılıdır, bilmədim.

Həqq-təala kəndü lütfindən aŋa,

Ayda ki, mən söyləyim şimdi saŋa.

Oldurur kim, zülm ilə səndən anı,

Aluban çox incidüpdürlər səni.

Həm dögərlərdi səni çox zəcr ilə,

Eyləyüb rəncidə yüz miŋ hicr ilə.

Dəxi oğrı aparan malıŋ ki var,

Gidərübdür səndən ol biixtiyar.

Bilməz idiŋ ki, səniŋ olduğını,

Ol saŋa böylə əməl qılduğını.

Cümləsi budur ki, uş yazdurmişəm,

Kim, səniŋ ünvanıŋa düzdürmişəm.

Qılmamışam zərrəcə zaye qəmu,

Uş günahında yazılmış bu həmu.



HEKAYƏT
Bu hədisiŋ üstinə, ey mö’təbər,

Diŋlə İbrahim Ədhəmdən xəbər.

Döndi Həqqə, çünki tövbə qıldı ol,

Canibi-Həqqə, yetürdi çünki yol.

Yetmiş iki quli var idi məgər,

Cümləsi zər taqiyə, zərrin kəmər.

Qamusini çünki azad eylədi,

Axirəti çün anı zad eylədi.

Qullarınıŋ biri bir gün nagəhan,

Xəmr içübən əsrimiş idi yəman.

Dedi ki, yeri ögimcə bu zəman,

Sən məni tez əvə yetürgil rəvan.

Söylədi kim, xoş ola gəlgil bərü,

Kim əviŋi göstərəyim rubəru.

Düşdi öginə anıŋ, aldı gedər,

Diŋlə İbrahim anıŋla kim nedər.

Yeriyüb ögincə qət etdi yolin,

Məqbərəyə aldı getdi ol qulin.

Çün qüburi gördi əşrük ol zəman,

Acığı gəldi, dedi kim, ey filan.

Mən dedüm ki, sən məni apar əvə,

Qəbrə başlarsən məni evə-evə.

Dedi kim, ey əqli kəm, bədfe’l, sən,

Kim, həqiqət əvidir, bilməzmisən?

Özgə əvlər məcazidir, yəqin,

Cümləsi fanidir, bil həmçinin.

İbrahimdən qul eşitdi bu sözi,

Acığından qan ilə doldı gözi.

Başladı dögməgligə çünkim anı,

Diŋləgil xacə ilə qul halını.

Onı urardı çomağ ilə qatı,

Gəl sən imdi diŋləgil bu ibrəti.

Hər necə kim urar idi qul anı,

Der idi kim, yarlığasun Həqq səni.

Ol urar zərb ilə, bu eylər dua,

Kim, bu hal ilə qılurlar macəra.

Uşbulər bu hal içində nagəhan,

Bir kişi gəldi, ded kim, ya filan,

Heç bilürmisəŋ, nə işlər işlədiŋ?

Özüŋi oda əliŋlə daşlədin.

Bu, səniŋ mövlaŋdurur kim, ey dəni.

Qul ikən azad qılmışdır səni.

Tanımazdı qul məgər mövlasini,

Ol kişidən çünki eşitdi muni,

Dedi bu, kimdir, maŋa söylə rəvan,

Biləyim əhvalını anıŋ əyan.

Dedi İbrahim Ədhəmdir, yəqin,

Kim, səniŋ mövlaŋdı bil muni çin.

Çünki bu sözi eşitdi ol qulam,

Düşdi atdan, əqli məhv oldı həman.

Ayağına düşdi, həm öpdi əlin,

Dedi əfv et cürmimi, ey pakdin,

Tanımadım, mən saŋa qıldım sitəm,

Lütfiŋ ilə əfv qıl, ey möhtərəm.

Söylədi ol qula İbrahim o dəm,

Əfv qıldım, çəkmə anıŋçün nədəm.

Qul aydır var xidmətiŋdə bir sual,

Vergil, ey xacə, cəvabım bu məcal,

Mən uruban incidən dəmdə səni,

Yad edərdiŋ sən dua ilə məni.

Hər çomağ urduğca sən derdiŋ rəvan

Kim, səni Həqq yarlığasun, ey filan.

Nə səbəbdən sən maŋa qıldıŋ dua,

Mən bu işini görüb qaldım daŋa.

Dedi İbrahim Ədhəm pəs aŋa,

Nişə qılmayım dua mən həm saŋa.

Sən məni urduqca yüz əcrü səvab,

Yazulur divanimə biiztirab.

Ol səvab iltür məni çün cənnətə,

Qərq edər həzrətdə dürlü rəhmətə.

Çün səniŋ azarıŋa mən səbr edəm,

Bu dili-miskinə çox-çox cəbr edəm.

Bu qədər müzdə olasan çün səbəb,

Mən dua qılsam saŋa olmaz əcəb.

Dünyədə böylə süluk etdi olar,

Anıŋ içün Həqqə qürbət buldılar.

Rəhmət istərsən, səbur ol zəhmətə,

Səbr edənlər tez irişür rəhmətə.

İstər isəŋ Həqq rizasını, ey yar,

Rahəti qoy, zəhməti qıl ixtiyar.

Ol riza əhli Həqqi çün, ey kərim,

Eyləmə məvamuzi nari-cəhim.






Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin