Hisslərin psixoloji mahiyyəti



Yüklə 1,81 Mb.
səhifə17/17
tarix31.12.2021
ölçüsü1,81 Mb.
#113266
1   ...   9   10   11   12   13   14   15   16   17
Hisslərin psixoloji mahiyyəti 291

Estetik hisslər.

İnsanın estetik hisslərinin obyektini ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər. Füsunkar təbiət mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar musiqi və s.insanda estetik hisslər doğurur. Estetik hisslərə insan ictimai təcrübəni mənimsəməklə yiyələnmişdir. İnsan üçün ən birinci estetik zövq mənbəyi elə insanın özüdür. Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir göstərməklə onun psixi sağlamlığını bərpa etməyə, müalicəyə çalışırlar. Bu mənada musiqi terapiya, art terapiya və naturapsixoterapiyada musiqi, incəsənət əsərləri və təbiət gözəlliklərindən müalicə vasitəsi kimi istifadə olunur. Deməli, estetik hisslər insan şəxsiyyətinin həm mənəvi, həm də psixi sağlamlığının əsas şərtini təşkil edir. Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə orqanizmin funksiyasını aktivləşdirir, bədəni gümrah edir. Yumor, satira, təbəssüm, gülüş, həzz, heyran, həsəd və s,estetik hisslər hesab olunur.

Praksis hisslər.

İnsanın öz fəaliyyətinə bəslədiyi emosionla münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir. Fəaliyyət prosesində, sərf edilmiş sayda yaranan razılıq və ya narazılıq duyğusu praksis hisslər adlanır. İnsan fəaliyyətinin hər bir forması praksis hisslərin obyekti ola bilər. Hər hansı fəaliyyət prosesində qarşıya çıxan maneələri aradan qaldırdıqca, işin uğurla yerinə yetirilməsindən alınan razılıq hissi praksis hisslərə aiddir. Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir. Beləliklə, fəaliyyət prosesində göstərilən səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş qaldıran hisslər praksis hisslər adlanır. Gərginlik, məyusluq, problemin həlli ilə bağlı uğursuz axtarışlardan sonra yaranan həyəcan və s.praksis hisslər adlanır.

Diqqətiniz üçün təşəkkürlər!


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin