Humanitar fənər


Lahiyə fəaliyyətinin logistik dəstəklənməsi



Yüklə 269,93 Kb.
səhifə58/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   54   55   56   57   58   59   60   61   ...   161
ADİAK dərs vəsaiti

Lahiyə fəaliyyətinin logistik dəstəklənməsi.

  • Layihə hazırlığı və onun təqdimatı. Layihənin təqdimatında tələb olunan elementlər.

  • Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.


    Layihə fəaliyyətlərinin loqistik dəstəyi şifahi xalq nitqinin bacarıqlarından və müvafiq texniki vasitələrdən istifadə etməklə məlumatları ciddi ardıcıllıqla təqdim etmə qabiliyyəti kimi qiymətləndirilməlidir.

    Logistika məhsulun, əmtəənin, servizin müştərinin təlabatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar, materialların komplektləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də məşğul olur.

    Qədim yunan dilində logos “idrak”, log “təfəkkür”, logismas “fikir hesablama planı”, loqo “müzakirə etmək”, logistika “hesablamaların praktik aparılma mədəniyyəti” kimi mənalarını bildirir. Antik dövrdə logistika ərzaqları, təchizatları nəqletmə və yerdəyişmə mənasını daşıyırdı. Qədim Romada loqistiklər legionerlərin yemək və yatacaq yerlərinin təşkili ilə məşğul olurdular. Qədim Yunanıstanda Afinanın maliyyə işlərini aparan dövlət qulluqçularının idarələri logisteriya adlanırdı.



    Logistikanın ümumi vəzifələri: logistikanın qarşısında duran məqsədlərə çatmaq üçün hansı işlərin, hansı ardıcıllıqla, nə vaxt və harada icra edilməsi nəzərdə tutulur. Hər hansı bir təsərrüfat subyekti material axınlarının idarə edilməsi sahəsində özünün ümumi və xüsusi xarakterik logistik vəzifələrinin müəyyənləşdirilməsidir ki, onlar da aşağıdakılardan ibarətdir: Logistik konseptual ideya mövcud şəraitdə ən az mümkün xərclərlə firmanın bazarda baş verən dəyişikliklərə uyğunlaşmasıdır ki, bazar payının artırılması və rəqiblər üzərində iqtisadi üstünlüklərə nail olmaqdan ibarətdir.

    Logistikanın xüsusi vəzifəsi:

    1. Material, informasiya, maliyyə, kadr və sair axınların arasında uyğunluğun təmin edilməsi;

    2. Material axınlarının dispetçerləşdirilməsi və onun fasiləsiz informasiyalarla təmini;

    3. Məhsulun fiziki bölüşdürülməsi, strategiyası və texnologiyasının müəyyənləşdirilməsi;

    4. İstehsal – anbarlaşdırma – nəqliyyat – satış arasında rasional nisbətin yaradılması;

    5. İstehsal ehtiyatlarının idarə edilməsi prosesinin optimallaşdırılması;

    6. Yüklərin saxlanması və nəqli müddətinin maksimum azaldılmasına nail olunması.

    Logistika aşağıdakı yarımbölmələrə bölünür:

    • Hərbi logistika

    • Biznes logistikası

    • Tədarük logistikası

    • Paylama logistikası

    • Satış logistikası

    • Nəqliyyat logistikası

    • Ehtiyat logistikası

    • Anbar logistikası


    • Yüklə 269,93 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   54   55   56   57   58   59   60   61   ...   161




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin