İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


Ə.Bədəlbəyli. Musiqi lüğəti. Bakı. 1969



Yüklə 0,81 Mb.
səhifə17/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   13   14   15   16   17   18   19   20   ...   70
3.Ə.Bədəlbəyli. Musiqi lüğəti. Bakı. 1969.

4.İ.Sposobin. Musiqinin elementar nəzəriyyəsi. Moskva, 1984.

5.R. Hüseynova. Musiqinin elementar nəzəriyyəsi, Bakı, 2015.

6.L.A.Mazel. Musiqi əsərlərinin quruluşu. Bakı, 1988.

Müəllim: Babyeva Məhəbbət. e-mall adresi:Mehebbetteacher@gmail.com

7. Plan

1.Sadə intervallar

2.Mürəkkəb intervallar

İnterval latın sözü olub, "məsafə" deməkdir. İki səs yüksəkliyi arasında olan məsafə interval adlanır. İntervallar musiqidə iki cür olur: harmonik, melodik.

Harmonik interval iki səsin birlikdə səslənməsinə, melodik interval isə səslərin ardıcıl və ya sıçrayışla yuxarı və aşağı istiqamətdə hrəkətinə deyilir. İntervalın aşağı səsi onun əsası, yuxarı səsi isə zirvəsi adlanır. İntervalın əsası ilə zirvəsi arasındakı məsafə eyni deyildir. Bu məsafəni düzgün ölçmək üçün pillə sayından istifadə edilir. Yəni verilmiş hər hansı bir interval daxilindəki pillələrin sayına görə xüsusi ada malik olur. İntervallar pillə sayına görə latınca bu cür adlanır:

1. Prima - yəni birinci. Prima "1" rəqəmi ilə göstərilir, bir pillədən ibarətdir. Prima unison səslənir.

2. Sekunda - ikinci. Sekunda intervalının əsası ilə zirvəsı arası iki pillədən ibarət olduğu üçün "2" rəqəmi göstərilir.

3.Tersiya - üçüncü. Tersiya intervalının əsası ilə zirvəsı arası üç pillədən ibarət olduğu üçün "3" rəqəmi göstərilir.

4.Kvarta - dördüncü. Kvarta intervalının əsası ilə zirvəsı arası 4 pillədən ibarət olduğu üçün "4" rəqəmi göstərilir.

5.Kvinta - beşinci. Kvinta intervalının əsası ilə zirvəsı arası 5 pillədən ibarət olduğu üçün "5" rəqəmi göstərilir.



6.Seksta - altıncı. Seksta intervalının əsası ilə zirvəsı arası 6 pillədən ibarət olduğu üçün "6" rəqəmi göstərilir.

7.Septima - yeddinci. Septima intervalının əsası ilə zirvəsı arası 7 pillədən ibarət olduğu üçün "7" rəqəmi göstərilir.

8.Oktava - səkkizinci. Oktava intervalının əsası ilə zirvəsı arası 8 pillədən ibarət olduğu üçün "8" rəqəmi göstərilir.

Yuxarıda adları çəkilən bütün intervallar sadə intervallar adlanır. Sadə interval oktava çərçivəsindən kənara çıxmayan intervallara deyilir.

İntervalların ikinci ölçüsü keyfiyyət ölçüsüdür: xalis (x), böyük (b), kiçik (k), artırılmış (art), əskildilmiş (əsk), iki dəfə artırılmış (2 art), iki dəfə əskildilmiş (2 əsk) ifadələri ilə bildirilir.

Verilmiş hər hansı bir intervalın keyfiyyət ölçüsü, onun tərkibindəki tonların və yarım tonların sayı əsasında müəyyənləşdirilir. Sadə intervalların keyfiyyət ölçüsü aşağıdakı kimidir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin