İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


İnstrumental musiqi janrları



Yüklə 0,81 Mb.
səhifə28/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   24   25   26   27   28   29   30   31   ...   70
İnstrumental musiqi janrları. Sonata bir neçə hissədən ibarət olub, hər hansı bir ideyaya, məzmuna malik mürəkkəb, instrumental musiqi əsəridir. Onun hissələrindən biri mütləq sonata formasında yazılır və adətən dörd hissəli olur.

Simfoniya orkestr üçün yazılmış simfonik musiqinin ən samballı janrıdır. Simfoniya öz formasına və hissələrinə görə sonatanın eynidir. Lakin məzmun və həcminin genişliyinə görə, daşıdığı fəlsəfi fikir, ideya cəhətdən sonatadan fərqlənir. Adətən üç və dörd hissəli olurlar.

Kantata musiqili dramatik əsərlər sırasına daxildir. Kantata konsertlərdə ifa olunmaq üçün bəstələnən musiqili dramatik əsərdir. Orkestr, xor, və orkstrin müşayiətilə oxunan solo nömrələrinə malikdir. Kantatada həm müasir, həm də tarixi mövzular öz əksini tapır. Kantata ilk dəfə XVII əsrdə İtaliyada yaranmışdır.

Opera latın sözü olub, mənası “əsər” deməkdir. İlk dəfə XVI əsrin axırlarında İtaliyada meydana gəlmişdir. Opera sintetik incəsənət növüdür. Burada sənətin, incəsənətin bir çox sahələri üzvi surətdə bir-birilə bağlıdırlar. Opera ilə dram əsəri arasında müəyyən bir yaxınlıq vardır. O da dram əsəri kimi, pərdələrə, şəkillərə bölünür, dekorasiyadan, səhnə hərəkətlərindən istifadə olunur. Lakin fərq bundadır ki, dram əsərlərindəki danışıq opera əsərlərində oxumaqla əvəz olunmuşdur. Opera, poeziya, aktyor sənəti, vokal və instrumental musiqi, rəqs, dekorasiya və s. elementlərlə birləşərək vəhdət əmələ gətirir. Operada musiqi sənətinin bir çox formalarından istifadə olunur: ariya, ariozo, kovatina, vokal ansambllar, regitativ, xor nömrələri, simfonik epizodlar, üvertüra, antrakt və s. Operalar aşağıdakı qruplara bölünür:

  1. Tarixi qəhrəmanlıq operalar

  2. Xalq musiqili dramları

  3. Qəhrəman epik operalar

  4. Lirik operalar

  5. Komik operalar

Balet də opera kimi XVI əsrdə İtaliyada yaranmışdır. Sərbəst musiqili dramatik əsərdir. Balet musiqi ilə xoreoqrafiyanın vəhdəti əsasında yaranmşdır. Baletdə pantomimalardan geniş istifadə olunur.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin