İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)



Yüklə 0,81 Mb.
səhifə39/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   35   36   37   38   39   40   41   42   ...   70
2.QARA QARAYEV (1918-1982).

Ö lkəmizin ən görkəmli sənətkarlarından olan SSRİ xalq artisti Q.Qarayev qiymətli əsərləri ilə bütün dünyada şöhrət qznmışdır. Qara Əbülfəz oğlu Qarayev 1918-ci ildə Bakıda, görkəmli tibb professoru Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. 12 yaşında olarkən fortepiano sinfi üzrə musiqi texnikumuna daxil olmuş, burada Şaroyevin sinfində oxumuşdur. Bu dövrdə onun kiçik yaradıcılıq təcrübələri meydana gəlir. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil olur. Burada 1938-ci ilə qədər professor Rudolfdan dərs alır, Ü.Hacıbəyovun sinfində isə o, Azərbaycan xalq musiqisinin əsaslarını öyrənir.

Azərbaycan musiqisinin Moskvada keçirilən (1938) ongünlüyündə bəstəkar ilk iri əsəri "Ürək mahnısı" kantatası ilə çıxış edir. Həmin il Qarayev Çaykovski adına Moskva Dövlət konservatoriyasına keçir, Aleksandrov və Vasilenkodan dərs alır. Konservatoriyanı Şostakoviçin bəstəkarlıq sinfi üzrə bitirir. Bu dövrdə onun yaradıcılığı fəal olmuşdur. Cövdət Hacıyevlə birlikdə o, müasir mövzulu "Ayna" operası üzərində işləyir. Sonra onlar "Vətən" operasını (librettosu Hidayətzadənin, şeirləri M.Rahimindir) yazırlar. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 25 illiyinə həsr olunmuş operanın müəllifləri dövlət mükafatlarına layiq görülmüşlər. 1948-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazılmış "leyli və Məcnun" simfonik poemasına görə Qarayev yenidən dövlət mükafatına layiq görülür. Klassik balet ənənələrini inkişaf etdirərək, Nizaminin poeması əsasında "Yeddi gözəl" baletini yazır. Baletin əsasında xalqın feodal istismarına qarşı mübarizə ideyası durur. "Yeddi gözəl" baleti dövrümüzün ən məşhur əsərlərindən olaraq bir çox şəhərlərdə tamaşaya qoyulmuşdur.

1952-ci ildə bəstəkar Albaniya Respublikaına gedərək alban xalq melodiyaları əsasında simfonik orkestr üçün "Alban rapsodiya"larını yazır. Eyni zamanda "Xoreoqrafik lövhələr", dram əsərlərinə yazdığı: Şekspirin "Qış nağılı", Lope de Veqanın "Rəqs müəllimi", N.Hikmətin "Qərib adam", "Optimistik faciə" və s. yazır.

Qarayevin yaradıcılığında kino musiqisi mühüm yer tutur: "Xəzər neftçiləri haqqında dastan", "Bir məhəlləli iki oğlan", "Onun böyük ürəyi", "Don Kixot" və s.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin