3. Üçüncü sinifdə musiqi təliminin məzmunu
8. III sinifdə musiqinin təlimi və tədrisi
Plan
1.Üçüncü sinif şagirdlərinin ümumi səciyyəvi xüsusiyyərləri
2. Üçüncü sinifdə musiqi tərbiyəsinin əsas məsələləri
3. Üçüncü sinifdə musiqi təliminin məzmunu
1. Üçüncü siniflər artıq məktəblidirlər. Fiziki baxımdan daha güclü və möhkəm olan uşaqlar daima hərəkətdə olmağa meyillidir və buna görə də bir yerdə qərar tapmır. Uşaqların əqli inkişafı ikinci sinif şagirdlərin əqli inkişafından qat-qatyüksəkdir və mücərrəd təfəkkürə malik olmaq imkanları daha genişdir.
Məktəblilərin diqqət və yaddaşları daha ixtiyari şəkildə olmaqla, eyni zamanda diqqətin və yaddaşın qeyri ixtiyariliyi da hələ böyük yer tutur.
Üçüncü sinifdə məktəblilərin maraq və həvəsləri bütöv şəkildə müəyyən edilməsə,habelə formalaşmasa da daha sabit və seçimli olur.Bütün bunlar məktəb təlim və tərbiyənin nəticələri kimi qiymətləndirilə bilər.
Birinci və ikinci sinfin şagirdləri, adətən ümumtəhsil fənnlərilə yanaşı bütün fəaliyyət növləri-mahnı oxuma, rəqs etmə,musiqi alətlərində çalmaqla böyük həvəsləməşğul olursa, artıq üçüucü sinfdə məktəblilərin maraq dairəsi daha da genişlənir və müəyyənedici olur.Burada müxtəlif xarakterli məşğələlərə maraq göstərən,az və ya çox qabiliyyəti olan uşaqlar aşkar edilir.
Bəzən müəllimin qeyri peşəkarlığı səbəbindən nəyisə düz etməyən uşağa bacarıqsız və istedadsız damğası vurulur, halbuki çoxdan məlumdur ki, qabliyyətlərin bir çoxu daha gec aşkar olunur. Bəzən erkən yaşlardan aşkar edilməsinə baxmayaraq, musiqi qabiliyyətləri də onların arasındadır.
Musiqi dərsləri aparan müəllim bunları yadında saxlamalıdır.
Birinci və ikinci sinifdə uşaqlar müəllimə zahirən də olsa, oxşamağa meyl göstərirsə, üçüncü sinif şagirdləri artıq özlərini göstərməyə daha çox can atırlar. Bu xüsusiyyət onlarda yeniyetmə dövründə daha qabarıq şəkildə özünü büruzə verir. Uşaqların üzlərini göstərmək səyini lazımı istiqamətə yönəltməklə, onların fəallığını faydalı işə istiqamətləndirmək zəruri məsələlərdən biridir. Məsələn, daha çox fəallıq göstərən məktəblilərə dərsin gedişində hər hansı iş üzrə məsuluyyət daşımalarını, yaxud geridə qalan şagirdlərə yardım etməyi tapşırmaq olar.
Dostları ilə paylaş: |