İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


PLAN. 1.Mahnı oxuma vərdişləri



Yüklə 0,81 Mb.
səhifə66/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   62   63   64   65   66   67   68   69   70
PLAN.

1.Mahnı oxuma vərdişləri.

2.Musiqi savadı.

Üçüncü sinifdə müəllim əvvəlki illərdə oxuma vərdişlərinin nə dərəcədəhəll olunmasını nəzərə alaraq əsas vokal-xor vərdişlərinin formalaşması və inkişaf etdirilməsi üzrə çalışmalıdır. Yenə də bu sahədə ifadəli oxumanı təmin edən, təbii, cingiltili, axarlı və cəld səslənmə üzərində vərdişin möhkəmləndirilməsi əsas məsələ kimi qalmaqdadır. Lakin keyfiyyətlər əvvəlki illərə nisbətən, daha mürəkkəb şəraitdə formalaşır. Bu zaman mahnıların tempi cəldləşir və səslənmə xarakteri daha enerjili olur.

Musiqi eşitmə qabiliyyətinin inkişafında harmonik eşitmənin inkişafı böyük əhəmiyyət kəsb edir. Şagirdlər xorla oxuyarkən özünün və yoldaşlarının səsini eşidə bilməlidir. Onlar improvizə edərkən və yoldaşlarının səsini eşidə bilməlidir.Onlar improvizə edərkən məlum melodiyalara ikinci müşayətçi səs qoşmağı bacarmalıdırlar. Bunun üçün terminlərdən istifadə edilməlidir. Şadirdlər bir və ya iki səsin doğulduğunu təyin edəndən sonra, müəllimin köməyi ilə əlavə səslər qoşmalıdır. Məsələn, şagird bir səsi oxuyur, müəllim isə özü həmin səsin tersiyasına doğru aşağıdan yuxarıya hərəkətlə müşayiəti səsləndirir. Daha sonra müəllimlə şagird tapşırıqlarını dəyişir. Vaxt etibarilə elə terminlər qısa olmalı və dərsin əsas məzmunu ilə əlaqələndirilməlidir.İkisəsli terminlərin oxunuşu musiqini eşitmə vərdişlərinin formalaşmasına kömək edirİlin sonunda üçüncü sinif şagirdləri hər hansı mahnını ifadəli, təmiz səslə oxumalı və bu zaman düzgün nəfəs almalı, sözləri aydın tələffüz etməlidirlər. Onlar, hətta səsləri leqato, rəvan, stakkato, kəsik-kəsik şəklində daha aydın ifadə edə bilməlidir.Mahnılarda rast gələn müxtəlif templəri andantedən alleqroya kimi, habelə ayrı-ayrı nüanslan, çalarları, yəni yavaş pianodan çox bərk olmayan metsoforteya kimi oxumalıdırlar.

Üçüncü sinifdə məktəblilərin musiqi savadı bilavasitə mahnı oxuma və musiqi dinləmə ilə əlaqələndirilir. Məktəblilərin musiqi eşitmə təsəvvürləri onlara aydın olan bilik və vərdişlərin inkişaf etdirilməsi prosesində formalaşdırılır.

2/4, 3/4, 3/8 ölçülərini bilməli və bu ölçülərdə yazılan sadə melodiyaları notla oxumağı bacarmaqla yanaşı, məktəblilər həmin ölçüləri riyaziyyat fənni ilə əlaqələndirməlidirlər. Bu zaman aydın təsəvvürün yaranması üçün imkan əldə olunur.

Ölçü anlayışının dərk edilməsi əvvəlki siniflərdə mənimsənilən səs uzunluğu anlayışının vastəsilə gerçəkləşir. Tanış mahnıların köməyilə vurğulu və vurğusuz payların xanə xətti ayrılması göstərilməlidir. Bütöv, yarım,çərək, səkkizlik, onaltılıq notlar haqqında məlumatların riyaziyyatla əlaqəli şəkildə mənimsənilməsi məqsədəuyğundur. Hər xanədə səslərin sayca müxtəlif, lakin payların eyni həcmdə olduğunu məktəblilərin nəzərinə çatdırması böyük əhəmiyyətə malikdir. Şagirdlər dərk etməlidirlər ki, ölçü mühüm ifadə imkanlarına malikdir. Bu baxımdan eyni melodiyanı ikipaylı və üçpaylı ölçülərdə göstərilməsi və bununla onun xarakterinin, əhval-ruhiyyəsinin dəyişilməsini, marş xarakterindən valsa çevrilməsini müşahidə eymək məktəblilər üçün olduqca maraqlıdır.

Şagirdlər “repriza” anlayışı barədə, habelə musiqi ifaçılığında reprizanın rolu və əhəmiyyəti haqqında izahat almalıdırlar.

Üçüncü sinifin proqramında alterasiya işarələrinin, o cümlədən, diyez, bemol, bekarın not yazısı ilə göstərilməsi do major,fa major, sol mayor və mi minor qammalarda sadə melodiyaların notla oxunmasını da, yəni ki, solfecio etməsini də nəzərdə tutur. Şübhəsiz ki, bütün bunlar uşaqların musiqi eşitmə qabiliyyətlərinin inkişafına güclü təkan verə bilər.

İlin sonunda şagirdlər musiqidə müxtəlif janrlar, o cümlədən kantata, konsert, balet, simfinik lövhə və digərləri haqqında anlayışa malik olmalıdırlar. Rondo və variasiya quruluşunu müvafiq əsərlərdə tanımalı. Eyni zamanda onlar simfinik musiqidə mühüm rol oynayan skripka, alt, violonçel, kontrabas, arfa kimi alətlərini fərqləndirməli, habelə nəfəsli alətlər orkestrinin tembrini və vokal tembrləri, soprana, bası tanımalıdırlar.

Üçüncü sinfin sonunda şagird:

-ifa etdiyi və dinlədiyi musiqi əsərlərini tanıdığını nümayiş etdirir;

-əsas musiqi janrları, musiqi ifadə vasitələri və musiqi əərilərinin quruluşu haqda təsəvvürə malik olduğunu nümayiş etdirir;

-dinlədiyi musiqi əsərlərinin emosional cəhətdən dəyərləndirdiyini nümayiş etdirir;

-xor tərkibində ifa bacarıqlarını;

-mahnı ifaçılığı qaydalarını mənimsəyir və sadə melodiyaların yaradılmasında iştirak edir;

-bəstəkarlar haqqında kiçik təqdimatlar edir;

-öyrəndikləri əsərlər vasitəsilə bəstəkarları fərqləndirir;

-musiqi janrları ilə əlaqədar kiçik təqdimatlar edir;

-Azərbaycan və Avropa musiqi alətləri arasında oxşar və fərqli cəhətləri müəyyən edir;

-mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir və sadə melodiyaların yaranmasında iştirak edir;

-birinci oktava daxilində müxtəlif intervalları prima, sekunda, tersiya çalır;

-öz ifasını 2/4, 3/4, 4/4 sadə ölçülü dirijorluq hərəkətləri göstərir




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin