Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-1) ӘRӘBİSTANDA VӘHHABİLİK HӘRӘKATI



Yüklə 1,29 Mb.
səhifə72/118
tarix10.01.2022
ölçüsü1,29 Mb.
#107804
1   ...   68   69   70   71   72   73   74   75   ...   118

(6-1) ӘRӘBİSTANDA VӘHHABİLİK HӘRӘKATI

(6-1-1) YARANMA TARİXİ, FORMALAŞMASI VӘ BANİSİ


Nəcd Әrəbistan yarmadasının böyük bir məntəqəsi, miladiXVIII, hicri-qəməri XII əsrdə vəhhabiliyin yaranma və yayılma mərkəzi olub, rəsmi olaraq Osmanlı imperiyasının bir hissəsi kimi tanınırdı. Nəcd, müxtəlif əmirliklərə bölünmüşdü. Onların hər birinin başında, zadəgan və qəbilə böyüklərindən biri dururdu. Bu əmirliklər, coğrafi və mədəni şəraitə görə bir-biri ilə müharibə edirdilər. Bu səbəbdən də, vahid dövlət təşkilatı yox idi. Bədəvilər və qəbilə üzvləri öz şeyx və əmirlərinə tabe və onlarda öz rəqibləri üzərində qələbə qazanmaq və öz mənafelərini qoruyaraq, genişləndirmək fikrində idilər.

Belə bir vəziyyətdə vəhhabilər hərəkatı, Məhəmməd bin Әbdülvəhhabın rəhbərliyi ilə yarandı. Daxili səbəblər, xüsusilə də Әrəbistandakı dağınıqlıq, təfriqə və siyasi, ictimai, dini və qəbilə ayrılıqları və Nəcd məntəqəsindəki dağınıq vəziyyət üzündən, mövcud problemlər üzərində qələbə qazanıb, Səudiyyə əmirlərində kömək alaraq ‒ bə᾽zən zor gücü ilə, bə᾽zən də birlik və vəhdətə (Nəcdin ən böyük ehtiyacı birlik idi) də᾽vət etməklə ‒ inkişaf etməyə və günbəgün öz əhatə dairəsini genişləndirməyə başladı. Bu cərəyan Ibn Səud və onun ardınca, digər qəbilə başçıları ilə müqavilə bağlayaraq ‒ hərbi gücə əsaslanmaqla ‒ Allah yolunda cihad, yaxşı işə də᾽vət və pis işdən çəkindirmək və şirklə mübarizə adı altında genişlənirdi. Onunla birlikdə, Ibn Səudun siyasi və hərbi gücü də artıb, qanuni hökumət formasını aldı. Vəhhabilərin və Ali Səudun Hicaz vilayətində hakimiyyətləri üç dövrə bölünür:

1. Yaradıcı dövrdən 1820-ci miladi ilində Misir qoşunlarının hücumuna qədər (Düriyə şəhəri hökumətin mərkəzi idi).

Bu dövrdə vəhhabilik bütün Nəcdə yayıldı (1786 miladi) və köçəri ərəblərlə əmirliklərin əhalisi, dini və siyasi rəhbərlərin birliyi altında, bir çox Nəcd əhalisinin canı bahasına nisbətən güclü dövlət qurdular. Hicri-qəməri 1179-cu ildə Ibn Səudun və h.q. 1206-cı ildə Məhəmməd bin Әbdül Vəhhabın ölümündən sonra, nəcdlilərin siyasi və dini

daxili üsyanları yatırdıqdan və nisbi sakitlikdən sonra Nəcd dövləti müdafiə vəziyyətindən çıxıb hücuma keçərək, Fars körfəzi sahillərinə ilk hücumunu başladı. Onlar bir çox döyüşlərdən sonra bu məntəqəyə hakim oldular və h.q. 1217-ci ildə bütün Әrəbistanı öz hakimiyyətləri altına aldılar. Növbəti addımda Suriya, Iraq və Fələstinin şəhər və kəndlərinə hücumlara başladılar və bu əsnada müsəlmanları, sünnü və şiə ərəbləri müqavimətə göstərməyə vadar edən faciələr törətdilər. Osmanlı dövləti daxili iğtişaşlar, Balkan yarmadasındakı üsyanlar və Rusiya ilə müharibə üzündən, vəzifələrindən birinin Osmanlı imperiyasının hakimiyyəti altında olan torpaqların parçalanması olan bu fitnəni boğmaqda aciz idi. Elə buna görə də, bu vəzifəni Misirin hakimi Məhəmməd Әli Paşaya tapşırdı. O da, Islam hakiminin əmrinə əməl etmək və özünün Әrəbistana hakim olmaq arzusunu yerinə yetirmək üçün h.q. 1226-cı ildə Suriya və Iraqın fəthi üçün açar sayılan Nəcd və Hicaza hücuma keçdi. Bir neçə il çəkən döyüşlərdən sonra vəhhabiləri şiddətlə əzərək, h.q. 1229-cu ildə Әmir Səudun canişini olan Әmir Әbdullahı tutaraq, Misirə və Osmanlıya göndərdi.

2. Ikinci dövr, Səudiyyə şahzadələrindən olan Türki və Feysəlin yenidən hakimiyyəti ələ keçirmələrindən başlayıb, Hail hakimi Ibn Rəşidin hücumuna qədər davam edir.

Ilk dövrdə Riyad şəhəri paytaxt idi. Bu dövr 1820-ci miladi ilindən başlayır və 1896-cı ilədək davam edir. Ibrahim paşanın Misirə qayıdışından sonra 1820-ci ildə vəhhbi hökuməti yenidən Ali Səudun qalıqları, yə᾽ni, Türki və Feysəl vasitəsi və Britaniya dövlətinin himayəsi altında bərpa edilib, misirlilərin məğlubiyyətini danılmaz etdi. Belə ki, bu dəfə Misir qoşunları Әrəbistanı tərk etməyə məcbur oldular və Britaniya, Fars körfəzi sahillərinin mütləq hakiminə çevrildi. Sonda ingilis qüvvələrinin təfriqə salması nəticəsində, Әrəbistan yarımadası yenidən aramsızlaşaraq, ayrı-ayrı hökumətlərə bölündü. Belə ki, qəbilələr vəhhabilərin hakimiyyətinə qarşı üsyan edərək, Nəcddəki vəhhabi dövlətinə baş əyməkdən boyun qaçırdılar. Şəmar əmirliyi, Rəşid sülasəsinin başçılığı ilə, Nəcddəki daxili vəziyyətdən və vəhhabi dövlətinin tənəzzülündən istifadə edərək, dini azadlıq siyasətinə əməl etmək, ticarəti və sənayeni inkişaf etdirmək, nizam-intizam və sabitlik, güclü və mərkəzləşdirilmiş bir hakimiyyət yaratmaqla, Nəcdin vəhhabi hakimiyyəti ilə üz-üzə duraraq, Osmanlı dövlətinin himayəsi ilə Әr-Riyad əmirləri ilə şiddətli mübarizəyə başladı. 1884-cü ildə Şəmarlılar Nəcd vəhhabilərini məğlub edib, Әr-Riyadı ələ keçirdilər. Həmin dövrdə Səudiyyə əmiri onların vassalına çevrildi. 1890-cı ildə onun Küveytə qaçışından sonra Səudiyyə əmirliyi tamamilə ləğv edildi və Nəcd, böyük Şəmar dövlətinin əyalətlərindən birinə çevrildi. Lakin iş bununla bitmədi və 1904-cü ildə, Şəmar dövlətinin ordusu və ingilislərin himayəsində olan Ibn Səudun qoşunları arasındakı çoxlu döyüşlərdən sonra Osmanlı dövlətinin beynəlxalq siyasətindəki zəifliyi və daxili münaqişələrin həllindəki acizliyi üzündən, bir daha Səudiyyə vəhhabi dövləti ‒ ingilislərin himayəsi altında ‒ yaradıldı.

3. 1902-ci ildə, Ibn Səudun Әr-Riyadı Ali Rəşiddən aldığı vaxtdan və Səudiyyənin ərazi və hakimiyyəti genişləndiyi andan indiyədək.

Üçüncü dövrdə vəhhabi dövləti ingilislər tərəfindən himayət olunaraq, daxili siyasətdə öz mövqelərini möhkəmləndirməyə başladılar. Köçəri qəbilələri boyun əyməyə məcbur edərək, Әxəvan hərəkatının köməyi ilə, vəhhabiliyə əsaslanan ictimai və əxlaqi qayda-qanunları həyata keçirdi. Müxalifətin üsyanlarını yatıraraq, qəbilələri tərksilah etməklə, sözü gedən əxəvan cərəyanının köməyi ilə yeni ordu təşkil etdi və öz hakimiyyətini, Nəcdin hüdudlarından ətrafa yayaraq, Məkkə və Mədinəni diqqət mərkəzinə aldı.

Beləliklə, Taifin, Mədinənin və daha sonra Məkkənin işğalından sonra 1932-ci ildə Ibn Səud padşahlığı və Әrəbistan dövləti yarandı.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin