İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr



Yüklə 391,59 Kb.
səhifə164/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   160   161   162   163   164   165   166   167   ...   226
4. Qəlbin hüzuru və təzim

Duanın qəbul olunmasının şərtlərindən başqa birisi qəlbin hüzuru və təzimdir. Qeyd etdiyimiz kimi, duanın mənası budur ki, siz Allahla danışasınız, Allahı öz qarşınızda hiss edəsiniz, yanınızda sizə baxdığını biləsiniz. İnsanın adət üzündən bir sözü dilinə gətirməsi, bir istəyi deməsi - “İlahi, bizi bağışla! İlahi, bizim ata-anamızı bağışla” - lakin doğrudan da öz ürəyində istəmək halətini hiss etməsə, bu, dua deyil, dilin vərdişidir: “Allah-Taala diqqətsiz qəlbin duasını qəbul etməz”2. Qafil və diqqətsiz bir ürək dua etsə, Allah-Taala duasını qəbul etməz. Bulaşıq ürəklər, nəfsi istəklərdə və ehtiraslarda qərq olmuş qafil ürəklər necə dua edəcəklər? Əgər insan belə dua etsə, onun qəbul olunmasını necə gözləyə bilər?!

Bəziləri duanı, ibadəti və tövbəni qocalıq dövrünə saxlayırlar. Bu böyük səhvdir. "Tövbə edin!" – deyəndə cavab verirlər ki, hələ vaxtımız var. Əvvala vaxtımızın olması bəlli deyil. Ölüm insana xəbərdarlıq etmir, bütün yaşlar üçün də var. Əgər həqiqətən vaxtımızın olmasını fərz etsək, yəni qocalığa çatacağımız bəlli olsa da, gənclik dövrünü qafilliklə və ehtiraslar içində keçirib sonra asanlıqla tövbə etmənin mümkün olduğunu düşünən şəxs böyük səhvə düçar olmuşdur. Dua və tövbə halı elə bir şey deyil ki, insan nə zaman istəsə, bacarsın. Bəzən istəyirik, amma olmur; mənəvi hal axtarırıq, amma alınmır. Əgər insan Allaha diqqətin və Allaha qayıdışın şəraitini özündə vücuda gətirməsə, istədiyi zaman Allahın qapısına gedə bilməyəcək. Siz görürsiniz ki, pak qəlbi olan bəzi adamlar - adətən gənclər çox asanlıqla rabitə yarada bilirlər, amma bəziləri nə qədər çalışırlarsa, bu rabitə yaranmır. Fürsəti olanlar və öz ürəklərini yumşaq saxlaya bilənlər bunun qədrini bilsinlər, özlərinin Allahla rabitələrini qorusunlar ki, istədikləri vaxt Allahın qapısına gedə bilsinlər.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin