Aşağı səviyyəli formatlama Fiziki formatlama sektorun baytlarla ölçüsünü, cığırdakı sektorların və üzlərin sayını təyin edir. Bu fiziki və aşağı səviyyəli formatlama (physical formatting, low-level formatting) adlanır. Bu prosedur sərt diskin hazırlanmasında yerinə yetirilir. Fiziki formatlama zamanı kontroller diskin sektorlarını təyin edərək onları nömrələyir.
Verilənlər diskin maqnit örtüyündə konsentrik çevrələr şəklində yazılır ki, bu da cığır adlanır. Hər bir cığır öz növbəsində bir neçə sektordan ibarət olur. Sektor disk kontrolleri vasitəsi ilə oxunan və ya yazıla bilən minimal həcmli veriləndir.