İmam hüseyn əleyhiSSƏlamin həyati


Təvvabin hərəkatının əməliyyatı



Yüklə 0,59 Mb.
səhifə50/54
tarix10.01.2022
ölçüsü0,59 Mb.
#107766
1   ...   46   47   48   49   50   51   52   53   54

Təvvabin hərəkatının əməliyyatı


Təvvabin hərəkatı hicrətin altımış birinci ilində başlandı. Təvvabin bu tarixdən e’tibarən döyüş hazırlıqları görüb camaatı gizlicə İmam Hüseyn əleyhissəlamın intiqamını almağa çağırırdı. Camaat da istər şiə istərsə də başqaları onlara birləşirdi. Təvvabin qiyamı hazırlanan zaman Yezid öldü. Təvvabin camaatla həmkarlıq etmək üçün ətraf məntəqələrə qasidlər göndərdi. Bu zaman qiyamçılar ehtiyatı kənara qoyub açıq-aşkar silah toplamağa başladılar. Nəhayət hicrətin altımış beşinci ili rəbiüs-sani ayının beşinci günü cümə axşamında qiyamın ilk şö’ləsi alovlandı. Həmən gecə Təvvabin İmam Hüseyn əleyhissəlamın pak məzarına tərəf hərəkət etdi. Elə ki İmam Hüseyn əleyhissəlamın qəbrinin üstünə yetişdilər ürəkdən bir fəryad edib özlərindən çıxaraq aşağıdakı cümlələri göz yaşlarına qatdılar: “İlahi! Biz Peyğəmbər (səlləllahu əleyhi və alih) balasına kömək etmədik. Bizim ötən günahlarımızı bağışla və tövbəmizi qəbul et! Hüseyn (əleyhissəlam) və onun şəhid olmuş həqiqi dostlarının ruhuna rəhmət göndər. Biz şəhadət veririk ki Hüseyn əleyhissəlamın şəhid olduğu məslək fikrindəyik. İlahi! Əgər bizim günahlarımızı bağışlamasan bizə rəhmət gözü ilə baxmasan ziyankar və bədbəxt olarıq...”

Bu şüurlu və həyacanlı hadisədən sonra şəhidlərin qəbrindən aralanıb Şama tərəf hərəkət edərək Eynül-vərdə adlı bir yerdə Şam ordusu ilə üz-üzə gəldilər. Şam ordusuna Übeydullah ibn Ziyad başçılıq edirdi. Üç gün davam edən ağır döyüşdən sonra Təvvabin qiyamı məğlubiyyətə uğradı. Hərəkatın başçıları Rüfaə ibn Şəddad Bəcəli istisna olmaqla hamı şəhid oldu. Ordunun qalan hissəsi Rüfaənin başçılığı ilə Kufəyə qayıdıb orada fəaliyyət göstərən Muxtarın tərəfdarlarına birləşdi.80

Təvvabin qiyamının ictimai və aydın bir məqsəd güdməsinə və tez bir zamanda məğlub olmasına baxmayaraq o Kufə camaatına böyük tə’sir bağışladı və ümumi fikri bəni-Üməyyəyə qarşı mübarizə etməyə hazırladı.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin