İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə18/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   14   15   16   17   18   19   20   21   ...   79

KÖRPƏNİ QORUYAN MƏLƏKLƏR


Bir gün Cəbrayıl mələk yer üzünə endi. Həzrət Fatiməni (ələyhəssalam) yatmış, beşikdə olan İmam Hüseyni (ələyhissalam) isə ağlar vəziyyətdə gördükdə, körpəyə yaxınlaşıb Onunla mehribancasına söhbət etməyə və Onu sakitləşdirməyə başladı. Həzrət Fatimə (ələyhəssalam) yuxudan oyanana kimi Cəbrayıl (ələyhissalam) bu işini davam etdirdi. Nəhayət xanım oyandı. Ətrafda isə körpədən başqa heç kimi yox idi. Sonradan Muhəmməd Peyğəmbər (sallallahu ələyhi və alihi və səlləm) qızı Fatiməyə (ələyhəssalam) mələyin körpə iıə söhbət etdiyini xəbər verdi.1

Başqa bir rəvayətdə Ümmü Əymədən belə nəql olunur: “Bir gün sərvər və mövlam Fatimeyi-Zəhranı (ələyhəssalam) ziyarət etmək üçün onun yanına getdim. Yay fəslinin qızmar günlərindən biri idi. Evə daxil olduqda O Həzrət dəyirmanın kənarında yatmış olduğunu, dəyirman daşının isə öz-özünə fırlandığını və arpanı üyütdüyünü gördüm. Sonra gözüm bir az kənarda öz-özünə yırğalanan İmam Hüseynin (ələyhissalam) beşiyinə sataşdı. Nəhayət Fatimeyi-Zəhranın (ələyhəssalam) mübarək əlinin yaxınlığında başqa bir əlin də Allaha təsbih etməsini də müşahidə etdim.

Gördüklərimdən heyrətə gəlib təəccübləndim. Oradan özümü bir başa Peyğəmbərin (sallallahu ələyhi və alihi və səlləm) hüzuruna çatdırdım və dedim: “Ey Allahın elçisi! İndiyə kimi görmədiyim qəribə və heyrətedici bir hadisə ilə üzləşdim.”

Peyğəmbəri-Əkrəm (sallallahu ələyhi və alihi və səlləm) buyurdu: “Nə gördün, ey Ümmü Əymən?”

Ərz etdim: “Fatimeyi-Zəhranın (ələyhəssalam) evinə getməyi qəsd etdim. Elə ki, ora yetişdim, dəyirman daşının öz-özünə fırlanıb arpa üyütdüyünü, həmçinin Hüseyn ibni Fatimənin (ələyhiməssalam) beşiyini də öz-özünə yırğalandığını və nəhayət xanımın əlinin yanında başqa bir əlin təsbih edən halda zikr etdiyini gördüm.”

Allahın Elçisi (sallallahu ələyhi və alihi və səlləm) buyurdu: “Ey Ümmü Əymən! Qızım Fatimə (ələyhəssalam) oruc tutmuş və çox yorulmuşdu. Vaxt da ki, çox az idi. Buna görə də heç vaxt yuxuya getməyən və mürgüləməyən Allah-təala Onu yuxuya apardı. Sonra həmin ailənin ruzisini (arpa) hazırlamaq üçün bir mələk göndərdi. İkinci mələyi isə qızımın övladı Hüseynin beşiyini yırğalamaq üçün məmur etdi. Nəhayət üçüncü mələyi Fatimənin heç vaxt Allahın zikrindən qafil olmadığına görə göndərdi ki, Allah-təalanı zikr edib onun savabını Fatimə üçün qərar versin.”

Ərz etdim “Ey Allahın Peyğəmbəri (sallallahu ələyhi və alihi və səlləm)! Xahiş edirəm, hansı mələyin dəyirman daşını fırlatdığını, hansının Hüseynin (ələyhissalam) beşiyini yırğaladığını və Onunla söhbət etdiyini, hansının isə zikr etdiyini mənim üçün açıqlayın”.

Həzrət təbəssüm edərək buyurdu: “Arpanı üyüdən Cəbrayıl, beşiyə təkan verən Mikayıl, təsbih deyən isə İsrafil mələk idi.”1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin