İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə20/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   16   17   18   19   20   21   22   23   ...   79

BEHİŞT XURMALARI


Həzrət Muhəmməd (sallallahu ələyhi və alihi və səlləm) qızı Fatimənin (ələyhəssalam) evində idi. Beş nəfər2 bir yerdə cəm olub süfrə başına oturmuşdular. Lakin yeməyə bir şey yox idi. Allahın Elçisi (sallallahu ələyhi və alihi və səlləm) bir anlıq asimana tərəf nəzər saldı. Bu zaman Cəbrayıl mələk nazil olub ərz etdi: “Ya Rəsuləllah! Pərvərdigarın Sənə salam göndərir, Səni əziz tutur və buyurur ki, Əlidən, Fatimədən, Həsəndən və Hüseyndən soruşasan ki, Onlar Cənnətin hansı meyvələrindən yemək istəyirlər?”

Peyğəmbəri-Əkrəm (sallallahu ələyhi və alihi və səlləm) Onlardan soruşdu: “Allah-təala sizin ac olduğunuzdan xəbərdardır və sizin Behiştini hansı meyvələrindən istədiyinizi soruşur. Deyin görək, hansı meyvədən istəyirsiniz?”

Lakin Onlar həya etdilər və heç bir söz deməyib sakit durdular.

Bu zaman İmam Hüseyn (ələyhissalam) sakitliyi pozaraq üzünü atasına, anasına və qardaşına tərəf çevirib dedi: “Əgər icazə versəniz, Behişt meyvələrini mən seçərdim.”

Hamısı buyurdu: “Ey Hüseyn! Sənin seçdiyin hər bir şeyə razıyıq.”

İmam Hüseyn (ələyhissalam) babasına dedi: “Ey Allahın elçisi! Cəbrayıla buyurun ki, bizim Behişt xurmasına meylimiz var.”

Peyğəmbəri-Əkrəm (sallallahu ələyhi və alihi və səlləm) buyurdu: “Pərvərdigarımız hər şeyi bilir.”

Sonra qızı Fatiməyə (ələyhəssalam) belə buyurdu: “Ey Fatimə! O biri otağa keç və orada olanı gətir!”

Həzrət Fatimə (ələyhəssalam) otağa daxil olub orada üstü yaşıl ipək parça ilə örtülmüş içi Cənnət xurmaları olan bir tabaq gördü və özü-özünə dedi: “Bu Allah tərəfindəndir və O, istədiyini İmranın qızı Məryəmə hesabsız əta etdiyi kimi hər kəsə də hesabsız əta edər.”

Nəhayət Peyğəmbər (sallallahu ələyhi və alihi və səlləm) xurmalardan birini yeyib qalanını Onların qarşısına qoydu. Birini İmam Hüseynin (ələyhissalam) mübarək ağzına yaxınlaşdırıb buyurdu: “Nuşi can, ey Hüseyn!”

Yenidən bir ədəd xurma da İmam Həsənin (ələyhissalam) mübarək ağzına yaxınlaşdırıb buyurdu: “Nuşi can, ey Həsən!”

Sonra başqa bir xurmanı Həzrət Fatimənin (ələyhəssalam) mübarək ağzına yaxınlaşdırıb buyurdu: “Nuşi can, ey Fatimə!”

Nəhayət birini də Həzrət Əlinin (ələyhissalam) mübarək ağzına yaxınlaşdırıb buyurdu: “Nuşi can, ey Əli!”

Bu işi Həzrət Əli (ələyhissalam) üçün iki dəfə təkrar edəndən sonra ayağa qalxdı və yenidən əyləşdi. Nəhayət hamı doyduqdan sonra süfrə Allahın izni ilə asimana qalxdı. Həzrət Fatimə (ələyhəssalam) atasına ərz etdi: “Atacan ,bu gün sizdən qeyri-adi bir işin baş verdiyini gördüm.”

Həzrət buyurdu: “Ey Fatimə! Hüseynə verdiyim xurmanın və nuşi can deməyimin səbəbi bu idi ki, Mikayıl və İsrafil mələklərin “nuşi can, ey Hüseyn” dediklərinin şahidi oldum və mən də həmin sözləri dedim. Həsəndə də həmin işlər təkrar olundu. Sonra üçüncü xurmanı sənə verdikdə “Hurul eyn”1 -in sevinc içində sənə “nuşi can, ey Fatimə” dediklərinin şahidi oldum və mən də təkrarladım. Nəhayət dördüncü xurmanı Əliyə tərəf yaxınlaşdıranda Uca və Pak olan Haqq tərəfindən “nuşi can, ey Əli!” buyurmasının şahidi oldum və mən də Allah-təalanın bu cümləsini təkrar etdim. İkinci xurmanı Əliyə verdikdə yenə də Allah-təala tərəfindən həmin cümlənin təkrar olunduğunu eşitdim. Sonra Allahın qüdrət və əzəmətinə görə ayağa qalxdığım zaman Mütəal Allahın bu kəlamları buyurduğunu eşitdim “Ey Muhəmməd! İzzət və Cəlalıma and olsun ki, əgər Qiyamət gününə kimi Əliyə xurma versəydin, ona “nuşi can, ey Əli” deyərdim.”2


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin