İmam hüseyniN (ələyhissalam)


AHUNUN ÖZ BALASINI HƏDİYYƏ ETMƏSİ



Yüklə 0,77 Mb.
səhifə21/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   17   18   19   20   21   22   23   24   ...   79

AHUNUN ÖZ BALASINI HƏDİYYƏ ETMƏSİ


Səhralıqda yaşayan bir kişi ahu balasını hədiyyə ünvanı ilə Peyğəmbəri-Əkrəmin (sallallahu ələyhi və alihi və səlləm) hüzuruna aparıb dedi: “Ey Allahın Elçisi! Bu ahunu iki əziz övladların3 üçün hədiyyə gətirmişəm”.

Həzrət hədiyyəni qəbul edib orada əyləşən İmam Həsənə (ələyhissalam) bağışladı. Bir müddətdən sonra kiçik yaşlı İmam Hüseyn (ələyhissalam) gəldi. O, ahu balasını gördükdə özünün də ayrıca bir ahu balasının olmasını istədi. Peyğəmbər (sallallahu ələyhi və alihi və səlləm) Ona mehribanlıq və nəvaziş edərək həmin ahu balasını iki qardaşa kifayət etdiyini bildirdi. Lakin İmam Hüseyn (ələyhissalam) sözünün üstündə başqa bir ahu balası istəyirdi.

Bu zaman ordakılar gözlənilmədən təəcüblü bir mənzərənin şahidi oldular. Camaat bir ahunun öz balası ilə onlara tərəf gəldiyini və yanlarında da bir canavarın ahu ilə balasını müşayiət etdiyini gördülər. Heyvanlar Peyğəmbərin (sallallahu ələyhi və alihi və səlləm) hüzuruna yetişəndə ahu dilə gəlib dedi: “Ey Peyğəmbər (sallallahu ələyhi və alihi və səlləm)! Mənim iki balam var idi. Onlardan birini ovçu şikar etdi və onu Sizin hüzurunuza gətirdi. O biri balama süd verən zaman qeybdən qulağıma bir səsin gəldiyini eşitdim. O səs belə deyirdi: “Ey ahu! Öz balanı tezliklə Peyğəmbərə çatdır ki, onu İmam Hüseynə hədiyyə etsin. Çünki O, ahu balası istəyir və az qalır ki, ağlasın. Bu səbəbə görə Allah-təalanın bütün müqərrəb (məqam baxımından yaxın) mələkləri səcdədən başlarını qaldırmış və nigaran halda bu işin nəticəsini gözləyirlər. Əgər İmam Hüseyn ağlasa, həmin mələklər də dözə bilməyib göz yaşı axıdacaqlar.”

Daha sonra belə bir səs eşitdim: “Ey ahu! Əgər bu işi sürətlə yerinə yetirməsən, bir canavarı sənə və balana müsəllət1 edərəm”

Biz də təcili olaraq sizə tərəf hərəkət etməyə başladıq. Şükürlər olsun Allaha ki, Hüseynin (ələyhissalam) göz yaşları axmamışdan qabaq özümüzü sizə çatdırdıq.”

Bunu eşidən camaat təkbir deməyə başladılar. Peyğəmbər (sallallahu ələyhi və alihi və səlləm) həmin ahu üçün xeyirli dua etdi və onun balasını İmam Hüseynə (ələyhissalam) bağışladı.1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin