İmam hüseyniN (ələyhissalam)


ATƏŞ ƏZA SAXLAYANI YANDIRMIR



Yüklə 0,77 Mb.
səhifə62/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   58   59   60   61   62   63   64   65   ...   79

ATƏŞ ƏZA SAXLAYANI YANDIRMIR


Böyük alimlərdən sayılan, təxminən iki il Hindistan və Pakistanda səfərdə olmuş mərhum Ayətullah seyyid Muhəmməd Məhdi Murtəzəvi Ləngərudi “Hindistan və Pakistan ərməğanı” adlı kitabının 36-cı səhifəsində belə yazır:

“Çox aydın və inkar olunmaz bir mətləbi yada salmaq istərdim. Məlumdur ki, ətin atəşlə zidd olan münasibəti vardır. Yəni əgər hər hansı bir ət odun içinə atılsa, yanıb külə dönəcəkdir. İndiyə qədər hələ heç kim bu iddianı - “mən əti odun içinə atdım, lakin ət yanmadı” - etməmişdir. Çünki atəşin kamilliyi “yandırmaq”- dan, ətin kamilliyi isə “yanmaq”- dan ibarətdir. Lakin dəfələrlə təcrübələr nişan vermişdir ki, müqəddəs və böyük bir həqiqətin adını çəkməklə atəşin əsəri zərərsizləşir. O həqiqətin adı - Hüseyndir (ələyhissalam).

Hindistan və Pakistanın xalis şiələri şəhidlər sərvəri və azad insanların rəhbəri Həzrət Hüseyn ibni Əlinin (ələyhiməssalam) əzadarlığında xüsusən Aşura gecəsində dərinliyi və eni bir metr, uzunluğu isə üç metrdən ibarət olan çala qazıb içini odunla doldurub yandırırlar. Odun köz şəklini aldıqda onlar İmamın (ələyhissalam) mübarək adını zikr edib o közün üstündən keçirlər. Belə ki, ayaqlarının altında heç bir yanıq izi müşahidə olunmur. Bu mərasim “Xəndək matəmi” adı ilə məşhurdur.”


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin