İmam hüseyniN (ələyhissalam)


HÜSEYN (ələyhissalam) BƏLALARIN ÇARƏSİDİR



Yüklə 0,77 Mb.
səhifə65/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   61   62   63   64   65   66   67   68   ...   79

HÜSEYN (ələyhissalam) BƏLALARIN ÇARƏSİDİR


Mərhum hacı şeyx Əbdülkərim Hairi Yəzdi buyurur: “Samirrada din elmləri üzrə təhsil aldığım zaman həmin şəhərin əhalisi vəba və taun xəstəliyinə tutuldu. Belə ki, hər gün bir neçə nəfər həmin xəstəlik nəticəsində canlarını Allaha tapşırırdı.

Bir gün alimlərdən bir neçəsi mərhum ustad seyyid Muhəmməd Feşarəkinin mənzilində toplaşmışdılar. Bir müddət keçdikdən sonra böyük ustad və tanınmış alimlərdən sayılan mərhum Mirzə Muhəmməd Təqi Şirazi otağa daxil oldu. Salam verib bir küncdə əyləşdi. Məclisdəkilər vəba və taun xəstəliklərdən danışırdılar.

Mərhum Mirzə bəhsə qatılaraq buyurdu: “Əgər mən hansı bir hökmü versəm, itaət olunması lazımdır, ya yox?”

Hamı bir nəfər kimi Mirzənin hökmünə itaətin zəruriliyini vurğuladı.

Belə olan sürətdə mərhum Mirzə buyurdu: “Vəba və taun xəstəliyindən nicat tapasınız deyə, on gün müddətində “Aşura” ziyarətini oxuyub, savabını Həzrət Hüccət ibnil Həsənin (ələyhissalam) anası Nərcis1 Xatunun pak ruhuna hədiyyə edin!”

Məclis əhli mərhum Mirzənin bu tapşırığını bütün şiələrə çatdırdılar. Hamı ciddi surətdə bu hökmü yerinə yetirməyə başladı. On gün keçməmiş şiələrdən bu xəstəliklərə yoluxan olmadı və xəstələr get-gedə sağalmağa başladı.

Başqa məzhəblərdən olan müsəlmanlar bu mənzərədən agah olduqda şiələrin yanına gəlib səbəbini soruşdular. Dedilər: “Aşura ziyarəti.”

Bunu eşidən qeyri şiə məzhəbi həmin ziyarəti oxumağa başladılar. Nəhayət çox keçmədi ki, Allah-təalanın mərhəməti və İmam Hüseyni (ələyhissalam) yad etmək onları vəba və taundan uzaqlaşdırdı.2



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin