İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə69/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   65   66   67   68   69   70   71   72   ...   79

MÜQƏDDƏS TÜRBƏT


Böyük arif və hikmət sahibi olan mərhum hacı şeyx Həsənəli İsfahani Noxudəkinin oğlu belə deyir: “Atamın vəfatından təxminən iki il qabaq mən şiddətli bir xəstəliyə tutulmuşdum. Həkimlər buna əlac olmadığını bildirdilər. Atam onların rəyini eşitdikdə ruhuna fəda olduğum Həzrət Seyyiduş-şuhədanın (ələyhissalam) müqəddəs türbətindən bir az mənə verdi ki, meyl edim. Türbəti yeyəndən sonra özümü yarı ölü və yarı canlı vəziyyətdə olduğumu hiss etdim. Gördüm ki, üzü nur saçan bir şəxs məni asimana tərəf aparır. Bir müddət uçduqdan sonra qarşımızdan gələn başqa bir nurani şəxslə rastlaşdıq.

O, məni müşayiət edən kəsə belə dedi: “Əmr verilib ki, bu (məni nişan verərək) öz bədəninə qaytarılsın. Çünki o, İmam Hüseynin türbətindən meyl etmişdir.”

Bunu eşidən kimi ruhumun cismimdən ayrıldığını başa düşdüm.

Nəhayət o iki nəfərin vasitəsi ilə yer üzünə qaytarıldım. Özümə gəldikdə həmin xəstəlikdən şəfa tapdığımı gördüm.1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin