Ehtimal əsasında olan istiqarai (eksperimental) dəlil metodunu, aydın və sadəliyə riayət etmək şərti ilə beş mərhələyə bölmək olar:
Birincimərhələ: Bu mərhələdə biz hiss və təcrübə yolu ilə müxtəlif varlıqları görürük.
İkincimərhələ: Əvvəlki mərhələdəki məlumatlarımızı bir yerə toplayıb mülahizə etdikdən sonra bu mərhələdə onları təhlil və izah etməyə başlayırıq. Məqsəd budur ki, bu mərhələdə elə güclü bir fərziyyə irəli sürək ki, onun vasitəsilə həmin varlıqları izah edib məqbul dərəcədə bəyan edə bilək. Dəyərli fərziyyə dedikdə məqsəd budur ki, əgər fərziyyəmiz düz olsa, bütün varlıqlara şamil olsun və onların vücudunun həqiqəti ilə müvafiq olsun.